525-ci qəzet

Xorvatiya Azərbaycanla viza rejimini müvəqqəti ləğv etdi



Aprelin 1-dən oktyabrın 31-nə qədər Azərbaycan, Rusiya, Ukrayna və Qazaxıstan vətəndaşları Xorvatiyaya vizasız gedib-gələ bilər. APA-nın Xorvatiya mətbuatına istinadən verdiyi məlumata görə, bu ölkə vətəndaşları üçün vizasız gediş-gəlişin tətbiqi Xorvatiyada turizmin inkişafı və ölkəyə daha çox turist cəlb etmək məqsədi daşıyır. Qeyd edək ki, viza rejiminin bu cür sadələşdirilməsi sonuncu dəfə tətbiq ediləcək. Çünki 2013-cü il iyulun 1-dən Xorvatiya Avropa Birliyinə üzv olacaq.




13.03.2012     Çap et  Çap et