525-ci qəzet

Almaniyanın xarici işlər naziri Azərbaycana gəlir



Almaniyanın xarici işlər naziri Qido Vestervelle Cənubi Qafqaz turnesi çərçivəsində martın 14-də Azərbaycana gələcək. Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib. Qido Vestervelle Bakıda bir sıra rəsmi görüşlər keçirəcək. Onun azərbaycanlı həmkarı Elmar Məmmədyarovla da görüşü planlaşdırılır. Səfər martın 15-də başa çatacaq. Almaniyanın xarici işlər naziri daha sonra Gürcüstan və Ermənistana səfər edəcək.




13.03.2012     Çap et  Çap et