525-ci qəzet

Bakıda təmirə bağlanmış yol açıldı



Bu gündən Bakıda təmirə bağlanmış yollardan biri açılıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun Lent.az-a verdiyi məlumata görə, Səməd Vurğun küçəsi ilə Füzuli küçəsi arasındakı yolda yenidənqurma və təmir işləri başa çatıb və yol ikitərəfli olaraq istifadəyə verilib.Qeyd edək ki, həmin istiqamətdə yol 4 aya yaxın idi ki, bağlanmışdı.




12.03.2012     Çap et  Çap et