525-ci qəzet

Prezident Cəlilabadda yol tikintisinə üç milyon manat ayırdı



Azərbaycan Prezidenti İlham Əliyev Cəlilabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. “APA-ECONOMICS”-in məlumatına görə, iyirmi dörd min nəfər əhalinin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirən Cəlilabad-Hamarqışlaq-Sadatlı avtomobil yolunun tikintisi məqsədilə 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Cəlilabad Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb. Maliyyə Nazirliyi sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin edəcək.




10.03.2012     Çap et  Çap et