525-ci qəzet

Cəbhədə traktor minaya düşdü



Ağdam rayonunda traktor minaya düşüb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdam rayon sakini Bayramov Rövşən Bayram oğlu qoşunların təmas xəttində yerləşən Mirəşelli kəndi yaxınlığında yer şumlayan zaman mina partlayıb. Xəsarət alan R. Bayramov Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan onun xəsarətlərinin həyatı üçün təhlükə yaratmadığı bildirilib. Minaya düşən traktor yanaraq yararsız hala düşüb.




10.03.2012     Çap et  Çap et