525-ci qəzet

Baş Prokurorluqda kadr dəyişiklikləri


 
Baş Prokurorluqda yeni kadr dəyişiklikləri olub. Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, Baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Baş Prokurorluğun Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Elmar Camalov tutduğu vəzifədən azad edilərək Baş prokurorun böyük köməkçisi, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Elşən Albəndov isə Baş prokurorun köməkçisi vəzifəsinə təyin ediliblər.




10.03.2012     Çap et  Çap et