525-ci qəzet

Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun növbəti iclası keçirilib


 
Kanada parlamentində Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun növbəti iclası keçirilib. Azərbaycanın Kanadadakı səfirliyindən APA-ya verilən məlumata görə, iclasda kanadalı millət vəkilləri, Azərbaycan Respublikasının Kanadadakı səfiri Fərid Şəfiyev və Ottava, Monreal, Toronto və London (Ontario) şəhərlərində yaşayan Azərbaycan icmasının fəalları da iştirak ediblər. İclasda Azərbaycanla Kanada arasında siyasi, iqtisadi və mədəniyyət sahələrində əməkdaşlıq, eyni zamanda, regional təhlükəsizlik məsələləri də müzakirə edilib.




10.03.2012     Çap et  Çap et