525-ci qəzet

Yeni sərnişin dəmir yolu marşrutu açılıb



Gələn həftədən etibarən Bakı-Qazax-Böyük Kəsik-Bakı iki qruplu sərnişin qatarı ayrı-ayrılıqda hərəkət edəcək. “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun “APA”ya verdiyi məlumata görə, istehsalat zəruriliyi ilə əlaqədar martın 16-dan etibarən 662-666/661-665 №-li Bakı-Qazak-Böyük Kəsik-Bakı ikiqruplu sərnişin qatarı ayrılaraq 662/661 №-li Bakı-Qazax-Bakı və 666/665 №-li Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarları kimi hərəkət edəcək. Bakı-Qazax-Bakı sərnişin qatarı Bakıdan martın 16-da, Qazaxdan martın 17-də hərəkətə başlayacaq. Qatar Bakıdan saat 22:20-də, Qazaxdan saat 19:50-də yola düşəcək və növbəti gün saat 11:15-də Qazaxa, saat 10:00-da Bakıya çatacaq. Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarı isə Bakıdan martın 16-da, Böyük Kəsikdən martın 17-də hərəkətə başlayacaq. Qatar Bakıdan saat 20:10-da, Böyük Kəsikdən saat 18:40-da yola düşəcək və növbəti gün saat 10:20-də Böyük Kəsiyə, saat 09:30-da Bakıya çatacaq.




10.03.2012     Çap et  Çap et