525-ci qəzet

SSRİ dövründən qalan bank əmanətləri ilk öncə ahıl şəxslərə qaytarılacaq



Azərbaycanda əhalinin SSRİ dövründən qalmış bank əmanətlərinin qaytarılmasına 2012-2013-cü illərdə başlanılacaq. Bu, Azərbaycan Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında imzalanmış 2012-2013-cü illər üçün Baş Kollektiv Sazişdə nəzərdə tutulur. Nazirlər Kabinetindən “APA”ya verilən məlumata görə, sazişin “Sosial müdafiənin gücləndirilməsi istiqamətləri” hissəsində bildirilir ki, sənədi imzalayan tərəflər sovet dövründən dondurulmuş əmanətlərin əhaliyə qaytarılması zamanı ilk növbədə ahıl və yaşlı insanların əmanətlərinin qaytarılmasının təmin edilməsi üçün tədbirlər görəcəklər.




10.03.2012     Çap et  Çap et