525-ci qəzet

Azərbaycan “elektron imza”ların kütləvi istifadəsinə hazırdır


 
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müvafiq mərkəzləri “elektron imza”ların kütləvi istifadəsinə hazırdır. Nazirlikdən “APA”ya verilən məlumata görə, “elektron imza”nı istənilən qədər hazır etmək mümkündür. Qanuna görə, “elektron imza” 3 illik müddətə verilir. Qeyd edək ki, “elektron imza” kartı fərdi şəxslərə 20-30 manata, dövlət hakimiyyəti orqanları üçün 135 manat, hüquqi və fiziki şəxslər üçün isə 168 manata təklif olunur. “Elektron imza”nın tətbiqi ölkədə elektron xidmətlərdən tam istifadə olunmasına imkan yaradacaq və bürokratik əngəlləri aradan qaldıracaq.




10.03.2012     Çap et  Çap et