525-ci qəzet

Bakıda Azərbaycan- Xorvatiya biznes forumu keçiriləcək


 
Gələn həftə Bakıda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan-Xorvatiya biznes forumu keçiriləcək. Azpromo-dan “APA”ya verilən məlumata görə, martın 12-də Xorvatiya prezidenti İvo Yasipoviçin Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda Azərbaycan-Xorvatiya biznes forumunun keçirilməsi nəzərdə tutulur. Tədbirdə kənd təsərrüfatı və qida sənayesi, sənaye, enerji, tikinti, İKT, səhiyyə, əczaçılıq və digər sektorları təmsil edən Xorvatiya iş adamları iştirak edəcək.




10.03.2012     Çap et  Çap et