525-ci qəzet

MOSSAD-dan Türkiyəyə terror xəbərdarlığı



İran İslam İnqilabını Mühafizə Korpusunun Qüds bölməsinin əməkdaşları silah və partlayıcı ilə Türkiyəyə keçiblər.
İsrailin kəşfiyyat orqanı MOSSAD Türkiyədə israillilərə qarşı terror aktı hazırlandığı barədə Türkiyə kəşfiyyat orqanlarına məlumat verib. Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, MOSSAD İran İslam İnqilabını Mühafizə Korpusunun Qüds bölməsinin əməkdaşlarının silah, partlayıcı və qətllər həyata keçirmək üçün lazımi avadanlıqlarla artıq Türkiyəyə keçdiklərini bildirib. Türkiyə Milli Kəşfiyyat Təşkilatı MOSSAD-dan informasiya alındığını nə təsdiq, nə də təkzib etməyib.




09.03.2012     Çap et  Çap et