525-ci qəzet

41 yaşlı kişi öz həyətində güllələndi



Abşeron sakini hadisə yerində dünyasını dəyişib.Abşeronda daha bir dəhşətli qətl törədilib. Bu barədə APA-ya Abşeron Rayon Prokurorluğundan bildirilib.
Hadisə martın 8-dən 9-a keçən gecə rayonun Qobu qəsəbəsi, Qarayev küçəsində qeydə alınıb. Qəsəbə sakini, 41 yaşlı Dadaşov Dadaş Baba oğlu yaşadığı evin həyətində naməlum şəxs tərəfindən güllələnib. O, aldığı güllə yarasında hadisə yerindəcə dünyasını dəyişib. Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədildiyi həllik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.




09.03.2012     Çap et  Çap et