525-ci qəzet

İran-Ermənistan sərhədində “Dostluq və sülh” parkı



“İran və Ermənistan sərhədində 100 min hektarlıq ərazidə “Dostluq və sülh” parkı salınacaq”. APA-nın İRNA-ya istinadən məlumatına görə, bu barədə İran prezidentinin müavini Məhəmməd Cavad Məhəmmədzadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, park rəsmi İrəvan və Tehran arasında imzalanmış əməkdaşlıq protokolu əsasında salınacaq: “Dostluq və sülh” parkında hər iki ölkənin sərhədləri qorunulacaq. Parkın coğrafı ərazisi 2 ay ərzində müəyyən olunacaq”. M. Məhəmmədzadə əlavə edib ki, İran və Ermənistan arasında ətraf mühitlə bağlı ilk əməkdaşlıq protokolu 10 il əvvəl imzalanıb.





08.03.2012     Çap et  Çap et