525-ci qəzet

ATƏT cəbhədə monitorinq keçirdi



ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Azərbaycan Respublikasının Tərtər rayonunun Qapanlı kəndinin cənub-şərq istiqamətindəki qoşunların təmas xəttində monitorinq keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayevin APA-ya verdiyi məlumata görə, monitorinq insidentsiz başa çatıb.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi Piter Ki, şəxsi köməkçi Uilyam Praroy və səhra köməkçisi Marius Puodziunas, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Xristo Xristov keçiriblər.





08.03.2012     Çap et  Çap et