525-ci qəzet

Yol polisindən qadın sürücülərə sürpriz



Bakı şəhər Dövlət Yol Polisi İdarəsi qadın sürücülər üçün sürpriz hazırlayıb.Bu barədə APA-ya qurumun bölmə rəisi Vaqif Əsədov məlumat verib. O qeyd edib ki, bu gün 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə yol polisi Bakıda qadın sürücülərə bayram hədiyyəsi hazırlayıb. Qadın sürücülərə ediləcək hədiyyənin sürpriz olduğunu qeyd edən Vaqif Əsədov bu sürprizin bu gün açıqlanacağını bildirib və bütün KİV nümayəndələrini bu tədbirə dəvət edib: “Bir daha Azərbaycan qadınlarını təbrik edir, bütün qızlarımıza gəlin, gəlinlərimizə ana, analarımıza isə nənə olmağı arzulayıram”.








08.03.2012     Çap et  Çap et