525-ci qəzet

Məşhur teleaparıcı “Qalatasaray”ın vitse-prezidenti oldu



Türkiyənin “Qalatasaray” klubu rəhbərliyində iki istefa baş verib.
Klubun vitse-prezidenti Adnan Öztürk və idarə heyətinin üzvü Adnan Nas tutduqları vəzifələrdən ayrılıblar. Bu qərar Türkiyənin Ticarət haqqında qanununa əsasən, müstəqil rəhbərin gərəkliyi səbəbindən verilib. Öztürk klubda idarə heyətinin üzvü kimi fəaliyyətini davam etdirəcək. Öztürkün postu “KanalD”nin əsas xəbər bülleteninin aparıcısı Mehmet Ali Biranda tapşırılıb. Nası isə Ümit Özdemir əvəzləyib. Qeyd edək ki, 71 yaşlı Mehmet Ali Birand “Qalatasaray” Litseyinin məzunudur.






08.03.2012     Çap et  Çap et