525-ci qəzet

AZAL aviaşirkəti Bakı-Roma reysini açır



“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Roma-Bakı istiqamətində müntəzəm aviareyslərin həyata keçirilməsinə başlayır. AZAL-dan “APA”ya verilən məlumata görə, sözügedən marşrut üzrə aviareyslərə aprel ayının 17-dən etibarən başlanacaq: “Reyslər hər həftənin II, IV və VI günləri saat 08:25-də “Airbus-319” və “Airbus-320” tipli avialaynerləri ilə yerinə yetiriləcək”.
Qeyd edək ki, hazırda AZAL İtaliyanın Milan şəhərinə aviareyslər yerinə yetirir.






07.03.2012     Çap et  Çap et