525-ci qəzet

Ermənistanın “Armavia” şirkəti müddətsiz tətil elan edib



Ermənistanın “Armavia” milli aviaşirkəti müddətsiz tətil elan edib. “APA”nın “Gazeta.ru”ya istinadən xəbərinə görə, tətil İrəvandakı Zvartnots beynəlxalq aeroportu uçuşlara xidmət üçün qiymət siyasətini dəyişməyənə qədər davam edəcək.
Hazırda “Armavia” aeroportu idarə edən “Corporacian Amarica” (Argentina) şirkəti ilə danışıqlar aparılmasını tələb edir. Ermənistanın beynəlxalq aviadaşımalar sahəsində inhisarçı şirkəti olan “Armavia” nə uçuşların bərpası, nə də müştərilərinə kompensasiya ödənilməsi barədə hər hansı açıqlama verməkdən imtina edir.
İrəvan aeroportunda yüzlərlə sərnişin toplaşıb.





07.03.2012     Çap et  Çap et