525-ci qəzet

Ötən il Azərbaycanda iki hərbçi casus müəyyənləşib



Ötən il iki hərbi qulluqçunun xarici xüsusi xidmət orqanlarının tapşırığı əsasında Azərbaycan ərazisində kəşfiyyat-agentura fəaliyyəti ilə məşğul olduğu müəyyənləşib. APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin Milli Məclisə təqdim etdiyi hesabatında bildirilib.
Hesabatda qeyd olunub ki, ötən il Milli Təhlükəsizlik Nazirliyi tərəfindən ötən il ərzində həyata keçirilən tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycan ərazisində kəşfiyyat-agentura fəaliyyəti ilə məşğul olan 2 hərbi qulluqçu barəsində Cinayət Məcəlləsinin dövlətə xəyanət maddəsi ilə cinayət işi başlanıb. Bundan başqa, respublikaya, onun siyasi, hərbi və iqtisadi maraqlarına qarşı yönələn təhdidlər, təxribat və pozuculuq niyyətləri və digər strateji əhəmiyyətli məlumatların vaxtında əldə olunması təmin edilib.









07.03.2012     Çap et  Çap et