525-ci qəzet

Bakı-Şamaxı yolunda avtomobil dərəyə yuvarlandı, 4 nəfər öldü



Azərbaycanda ağır yol qəzası baş verib. Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib. Hadisə dünən Bakı-Şamaxı yolunun 25-ci kilometrliyində qeydə alınıb. “Mitsubishi Pajero” markalı maşın yoldan çıxaraq dərəyə yuvarlanıb. Nəticədə biri qadın olmaqla, maşında olan 4 nəfər hadisə yerində dünyasını dəyişib. Hadisə yeri müayinə edilib. Qəzada ölən şəxslərin 45 yaşlı Mahir Tahir oğlu Nəbiyev, 50 yaşlı Azər Qaçay oğlu Şirinov, 66 yaşlı Nadir Əli oğlu Əliyev və onun həyat yoldaşı, 64 yaşlı Mayram Ananova olduğu müəyyənləşib.
Faktla bağlı araşdırma aparılır.





07.03.2012     Çap et  Çap et