525-ci qəzet

Daha bir ölkə Azərbaycanda diplomatik nümayəndəlik açır



Azərbaycanla Latın Amerikası ölkələri arasında münasibətlər yüksələn xətlə inkişaf etməkdədir.
XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanın Latın Amerikasında ilk səfirliyi 2010-cu ilin sonunda Argentinada fəaliyyətə başlayıb. Argentina xarici işlər nazirinin Azərbaycana bir neçə gün öncə rəsmi səfəri zamanı Argentinanın Azərbaycan Respublikasında səfirliyinin açılacağına dair rəsmi açıqlama verilib.
Məlumatda bildirilir ki, Venesuela hökuməti də Azərbaycanda müvəqqəti işlər vəkili səviyyəsində diplomatik nümayəndəlik açmağa qərar verib.






07.03.2012     Çap et  Çap et