12px14px16px18px

Nənələr Xalq artısti oldular

01:41 / 26.05.2012
Rusiyanın Udmurtiya Respublikasının rəhbəri Aleksandr Volkov “Avroviziya 2012” mahnı müsabiqəsinin finalına çıxmış “Buranovskiye babuşki” qrupunun üzvlərinə Xalq artisti adı verib. Sərəncam mayın 25-də imzalanıb. “Media forum” saytının məlumatına görə, Xalq artisti adı alan nənələr bunlardır: Natalya Puqaçova, Qranya Baysarova, Zoya Dorodova, Qalina Koneva, Yekaterina Şklyayeva, Valentina Pyatçenko, Alevtina Beqişova, Olqa Tuktaryova. “Buranovskiye babuşki” qrupu 40 il əvvəl yaranıb. Qrup 8 nəfərdən ibarətdir. Onların ən gəncinin 43, ən yaşlısının isə 76 yaşı var. Qrup Bakıda “Party for Everybody” mahnısı ilə çıxış edir.


Bu yazı ( 189 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar