12px14px16px18px

Zakir Qaralov İqbal Mahmudovun qətli ilə əlaqədar ukraynalı həmkarına müraciət edib

01:26 / 25.05.2012
Ukrayna Azərbaycanlıları Konqresinin Donetsk vilayəti ictimai təşkilatının sədri İqbal Mahmudovun qətlə yetirilməsi ilə əlaqədar Ukraynanın baş prokuroru Viktor Pşonkaya müraciət olunub. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanın Baş prokuroru Zakir Qaralov “krayna Azərbaycanlıları Konqresinin Donetsk vilayəti ictimai təşkilatının sədri İqbal Mahmudovun 9 may 2012-ci il tarixdə Makeyevka kəndində qətlə yetirilməsi ilə əlaqədar Ukraynanın Baş prokuroru Viktor Pşonkaya müraciət edib. Müraciətdə cinayətin ictimai yerdə, insanların gözü qarşısında törədilməsi, habelə cinayətkarın hadisə yerindən qaçması və hazırkı vaxtadək saxlanılmamasının respublikada ictimai əks-səda yaratmasının narahatlıq doğurması qeyd olunmaqla, Ukrayna hüquq-mühafizə orqanlarının yüksək peşəkarlıq göstərərək cinayətin qısa müddətdə açılması istiqamətində zəruri tədbirlər görəcəyinə əminlik ifadə olunub. Azərbaycan Baş Prokurorluğu Ukraynanın səlahiyyətli orqanlarına cinayət işi üzrə istintaqa lazımi köməklik göstərməyə hazır olduğunu bildirib.


Bu yazı ( 225 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar