12px14px16px18px

ORALARDA KİMLƏR VAR: RUS JURNALİSTİKASININ ƏFSANƏSİ İnna Rudenko –2

Tofiq ABDİN
00:57 / 14.04.2012

Peşəsi, prinsipləri və siyasi əxlaq haqqında

Bizim nəslin çox gözəl tanıdığı “Komsomolskaya pravda” qəzetinin İnna Rudenko adında bir yazarı Ukraynanın uzaq bir guşəsindən bir qız haqqında unudulmaz bir yazı yazır. Yazı yox, gözəl və faciəvi bir hekayət yazır. Və mən həmin qızın ardınca Ukraynanın ən ucqar vilayətindən olan Mlinovkaya gedirəm və o qızı tapıram.Orada mən təxminən yarım ay qalıram...Qayıdanda Moskvadan qayıdıram. İnna Rudenkoya telefon açıram və yuxarıdakı hekayəti çox hızlı bir surətdə ona anladıram və yazı üçün təşəkkür edirəm, o isə : O YAZI ÜÇÜN MƏNƏ YOX, MƏNİM BAŞ REDAKTORUMA TƏŞƏKKÜR ELƏMƏK LAZIMDI-deyir.
O zaman üçün bu ifadənin tamam ayrı bir hökmü vardı.
Çox uzatmayaq.Bu gözəl qələm sahibi hələ də yaşayır və onunla müsahibəni oxucuların diqqətinə çatdırıram. “Rusiya” qəzetindən sərbəst çeviri. Tofiq Abdin
RQ- Sizin sözlərinizdən belə çıxır ki,indiki bütün etik və əxlaqi problemlər hələ o vaxtda vardı?
Rudenko – Əlbəttə.
RQ – Onda belə bir mübahisəsiz sual da yaranır: demək bütün bu əksikliklər,etik- əxlaqi çatışmazlıqlar ya xalqa yedizdirilmiş,ya da ümumiyyətlə bunlar heç yoxdur. Cəfəngiyatdı bütün bunlar? İndi biz amerikalıları nümunə göstərməyi sevirik. Axı orada əvvəlcə qanun, hüquq, cəza var,sonra başqa şeylər gəlir. Əgər biz cəzanı ortadan götürmüş olsaq,qanunları yerinə yetirməsək dünya qarışar. Orda da, burda də kədərli bir mənzərə ilə üzləşərik.
Rudenko- Mən çox təəccübləndim, azadlıq necə tez gəldi, yeni bazar münasibətləri abırı sildi atdı. Humanizm yenidən məğlub olur. Mən özüm də yazılarımda bunun səbəblərini tapmaq istəyirəm. Qərb məsələsinə gəldikdə bir az da fikirləşmək lazımdı: nədən biz həmişə Qərbin ən axsaq şeylərindən yapışırıq? Niyə bir az dərininə getmirik? Bax elə onlardakı ən səliqəli məişət davranışlarına baxaq.Bu bir tərbiyə işdir. Allahın tramvayı da orda normal qaydada işləyir. Mən Praqada “Novoye vremya” qəzetində xüsusi müxbir çalışanda heyrətlənirdim.Baxırsan, göstəricidə yazılıb : tramvay saat 9.11 gələcək, bir dəqiqə o yan-bu yan olmaz.Hər gün beləcə davam edir.Orda yaşadığım illərdə təkcə bu fakt məni təəccübləndirirdi.Bax insanların qayğısına qalmaq buna deyirlər.Bəs bizdə... Mən anlamıram. Köləlik nə qədər olar,diz üstə nə qədər yaşamaq olar. Axı indisə başqa cür olmalıdı.Amma bu köləlik yenə də içimizdə yaşamaqdadı və bu da bir çox bəlaların başıdır.
RQ- Siz razısınızmı, bir çox bəlaların kökü bizim özümüzdədi?
Rudenko – Yaxın vaxtlarda bir televizyonda tok-şou proqramına baxırdım və orada içkiyə aludə olmuş bir kənddən söhbət gedirdi.Studiyaya o kənddən olan kişilər dəvət olunmuşdu.Aparıcı soruşur: “Yaxşı sən nədən içirsən?”. “İş-gücün olmadığından,darıxmaqdan” –deyə birisi cavab verir.Kamera bu kəndin panoramasını göstərir: hasarlar yıxılmış, evlər it günündə,qorxunc bir xarabalıq. Sual təkrar olunur və kişi yenə də eyni şeyləri deyir.Elə bu vaxt bir qadın : heç olmasa sən mumla.Bax elə bu da adamı bezdirir.Səbəb : xalqın,camaatın və hakimiyyətin, bu insanların olması,başqaların əlinə keçməsidir.Onlar... Biz...
RQ – Belə bir sual da verəcəkdim sizə.Sosializmin dağılması ərəfəsində bütün liderlər bizləri peşiman etdilər.Birisi piyaniska, o biri oğru,üçüncüsü səfeh və rüşvətxor.Güman ki, siyasətçilərin əxlaqlı bir insan olması çox zor bir işdir.Özü üçün yox, xalq üçün yaşayan siyasətçi tapmaq daha zordur.Saxarov və Qandini yada salın. Belə böyük ölkə, amma onun başçıları... Baxın, geydikləri kostyumlara,mindiyi maşınlara,onların şəxsi istirahət bağlarına.Bütün bunlar yoxsullar ölkəsində.Bizi belə insanlara məhkum ediblər.
Rudenko- Əvvəlcə səninlə bir az mübahisə etmək istəyirəm. Mənim bir qohumum var. Vilnüsə görə Qorbaçovu ay söyürdü ha, nə qalmadı haqqında deməyə. Başdan ayağa qara rəng. Mən onunla mübahisə edirdim. Qorbaçov öz sələflərinə nisbətdə daha yaxşı görünürdü.Ondan qabaqkı dövlət başçıları kimi o da sakitcə keyf edib yaşayardı.Xeyr. Eləmədi. Vurub hər şeyi dağıtdı.Hər halda onu qınamaq olmaz.Ona haqq qazandırmaq olar.Sonra – Yeltsin. Onun haqqında qohumum heç nə danışa bilmirdi və bizə də icazə vermirdi.Yalnız yaxşı şeylər danışmaq olardı. Bolşevik təxəyyüllü demokrat idi.Putin. Taksidə gedirəm, sükan arxasında bir qadın: “Mən bu insana heyrana olmuşam.Yerişə bax onda. Buz üstündə süzür,təyyarə idarə edir”.Mənə görə onlardan hər birinin öz xidməti,öz əksikləri və səhvləri var.Ancaq hər zaman obyektiv olmaq lazımdı.
RQ – Belə bir sual da verək sizə: siyasətlə əxlaq bir araya sığırmı?
Rudenko- Bax, bu məsələdə mən sizə belə cavab verə bilərəm: Dövlət başçısı olaraq mənim seçimim Qaveldir, çexiyanın sabiq prezidenti. Kommunistlər zamanında öz fikirləri üçün həbsxanada oldu. Prezident olduqdan sonra keçmişin sərt qanunlarının əleyhinə getdi,”haqsızlıq ovçularına” qarşı vuruşdu.. Zəngin bir ailənin oğlu uzun müddət yoxsul bir evdə yaşadı. Mən o zaman ilk dəfə gördüm ki, həmin o “məxməri inqilab” vaxtı insanlar : “Nex jie Qavel”- deyə oxuyurdular.Mən hətta qorxdum, onların bu bağlılığı, sitayişi bir az da Stalini xatırladırdı. Şayət biz millətin atası adlandırılan bir şəxs düşünürüksə, o ata Qaveldir. Prezident olan kimi bilirsinizmi, birinci öz dövlətinə kimi dəvət getdi: Dalay-Lamanı. Baxmayaraq ki, bir çoxu bu siyasətçini bir az sərbəst olaraq görür və o bir çox məsələlər qaldırmışdı eyni zamanda.Bunlar da başqa ölkələrin xoşuna gəlmirdi.Məsələn Çin məsələsi. Qavelin bu hərəkəti heç də gözə girmək deyildi, məhz onun prinsipial münasibətinin əvəzi idi. Mənim bir kolleqam çox gözəl deyib: Millətə Qavel lazımdı,hətta onlar bunu dərindən bilməsələr də.Çex prezidenti dəfələrlə dedi: “Siyasət və əxlaq bir yerdə olar.Kim siyasəti çirkin iş hesab eləyirsə, o zaman ondan uzaqlaşsın”. Hər şənbə günü Qavel öz çıxışı ilə millətə müraciət edirdi və hər dəfə mən qeyd edirdim: bu mənim sözlərimdir, mənim fikirlərimdi, mən də belə düşünürəm.Söhbət hər zaman vicdandan gedirdi.Əxlaqdan, insansevərlikdən gedirdi. Bəzən etiraz səsləri də vardı :”Belə siyasət olar”..O isə deyirdi: “Bizdə özündən deyənlər çoxdu.İnsanlara əxlaqdan danışanlar azdı”. İndi bizimkiləri dinlə – onların da üz-gözlərindən yox,çıxışlarından görürsən nə yuvanın quşudurlar. Pavlovskinin bu yaxınlardakı məqaləsini yada sal, orada başlığa çıxardılmışdı: “ Mən elə bir hakimiyyət tanımıram ki, o aldatmasın”.Nə hakimiyyət? Bəs jurnalistlər? Hər ikimizin də həmkarı olan bir jurnalist yazır: “Ya jurnalist tsinik”. Yəni mən abırsız jurnalistəm”. (Tsinik sözünün başqa anlamları: həyasız,utanmaz,arsız,ədəbsiz” (t.a.) Nədi bu? Bizim zamanımızda özünə belə bir ayama demək bir utanc işi idi. Mümkün deyildi. Hər cür jurnalist var idi,amma bunu açıb-ağartmaq zor işdi.Belə bir yazını da xatırladım: ticərət nazirin müavini Qeorqi Qabuniya haqqında yazıda oxuyuram: “Onda böyük məmurların arasında nadir rast gəlinən bir xüsusiyyət var idi: o yaxşı insan idi”. Yaxşı insan idi sözləri dırnaq içində yazılır. İndi başa düş : yaxşı insan sözləri nədən dırnaq içində yazılıb. Vacib olan bir şey niyə lağa qoyulur? İnsanlar mətbuatda gedən neqativ yazılardan quduzlaşdılar – qətllər, soyğunlar, manyaklar, pozğunlar ordusu yarandı.Və bilmirlər, senzura nədir. Və ya xəbərləri yoxdu senzura nəymiş.Əgər nəsillər bizim yazdıqlarımızla gələcəyi anlamağa başlayacaqlarsa, onda onlar ilk növbədə, düşünürəm, jurnalistləri ittiham edəcəklər. Heç olmasa, ona görə ki, əgər bir jurnalist özünə mən “tsinik jurnalistəm”- deyirsə, bunun başqa yolu yoxdur. Niyə Yura Şekoçixin abırsız deyildi? Sima Soloveyçik elə deyildi və mənim mərhum ərim Kim Kostenko elə deyildi.. Və Yuri Rost də eləcə,mənim sevimli müəllimim Boris Pankin də eləcə, Artma abırsız deyildi və mənim müəllimim, Boris Pankin də eləcə.Mən belə insanların arasında böyüdüm. Və mənə de, zəhmət olmasa, indiki həyasızlığın əvvəlki ikiüzlülükdən fərqi nədi?
RQ- Jurnalistikamızın taleyi haqqında suala qayıdaraq, istəyirəm nə də olsa sizinlə dəqiqləşdirim: kim nəticədə qalib gələcək – “kütləvi jurnalistika”, ikimizin də həmkarımız olan bir nəfər onu həm də belə adlandırıb: “kompyuter çınqılı”, yoxsa bizlər insan məktublarının harayını və ənənələrini saxlayanlar?
Rudenko- Mən sənə belə nümunəni deyim.Nə vaxt ki, Praqadan qayıtdıqdan sonra qəzetdə mənə çətin oldu, ancaq yaşamaq da lazımdı, mən “Jurnalist” jurnalı üçün dizi sorğular hazırladım.Təbii ki, jurnalistlərlə. Rostla,Şekoçixinlə, Voşanovla, Lena Masyuk-la. Sonra redaktor mənə dedi: indi isə kapitalizmin köpək balığına, Vladimir Yakovlevə, “Komersant” qəzetinin sahibinin yanına get. O qərb jurnalistikasının öncüllərindən biridir.” Getdim onun yanına. Və “kompyuter çınqılı” məsələsindən danışanda mənə dedi: “Bunlar əvvəl idi. Və keçdi”. Mən anladım ki, bu bizim üçün yaramır. Mən 60-cı illərin “Komsomolskaya”nın arxivinə girib bütün rubrikalarını qaldırdım, əməkdaşlara jurnalistika haqqında Valeri Aqranovskinin kitabçasının kserokopiyasını payladım. Mən o köhnə ənənələrə qayıtmaq istəyirəm – bunun üçün bazar lazımdı. İnandırdım: bizdə Qərb getməyəcək”. Və söhbətin sonunda təklif edir: “Gənc jurnalistlər üçün seminar aparın”. Mən, əlbəttə, imtina etdim, mən publika adamı deyiləm,heç vaxt, heç kəsi kafedradan və ya tribunadan öyrətmirdim,böyük tribunalardan çıxışları mən həmişə rədd etmişdim.Axırda Yakovlev mənə “Paytaxt” jurnalının birinci nömrəsi haqında resenziya yazmağı xahiş etdi, hətta öncədən qonarar da verdi.Mən oxudum, gördüm bu çox maraqlı və çox lazımlı və əvəzsiz bir jurnaldı. Dedim: bu jurnal sizin özünüz üçündü, paytaxt üçün deyil.Burdakı yazılar hamısı ticarət üstündə qurulub. Əgər siz də ağır yoxdusa, onda başqa iş seçin”.Bir neçə nömrə buraxdılar və jurnal öldü.Yakovlev də bir az keçmədən nəşriyyatını satdı və hara getdi bilinmədi.
(Davam edəcək)

Tofiq ABDİN, [email protected] tofigabdin.com





Bu yazı ( 402 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar