12px14px16px18px

Dünyanın gizli tarixinin mükəmməl tədqiqat təşəbbüsü

Telman Orucov
04:03 / 13.08.2011

(Conatan Blekin “Dünyanın gizli tarixi” kitabı barədə qeydlər)


Fransız qoşunları Misirə girdi, bu Napoleonun nöqteyi-nəzərinə görə vacib bir iş idi. Fransız gizli polisinin başçısı Fuşeyə görə Napoleon Böyük Piramidanın içərisində müqəddəs Jermen olmaq üçün bir adamla görüşməli idi. Bu hadisə dəqiq şəkildə göstərir ki, Napoleon ezoterist və astroloq olan Fabre de Olivyeni öz məsləhətçilərindən biri kimi seçmişdi və həmçinin işi elə qurmuşdu ki, Böyük Piramidada bir gecə tək qalsın. Napoleon müqəddəs Jermeni bədəndə və ya ruh şəklində gördümü?
Napoleon göstəriş verdi ki, Misir antik əşyalarının “Description de l` Egypt” adlanan kataloqunu tutsunlar. Bu “Napaleon le Grand”a – “Böyük Napaleona” həsr ediləcəkdi, onun Böyük Aleksandrla müqayisəsi üçün edilirdi. Günəş allah kimi, kataloqu qarşısında onun portreti çəkildi.
Onun imperiyası genişlənərək təkcə İtaliya və Misiri deyil, Almaniyanı, Avstriyanı və İspaniyanı əhatə etdi. Şarlemandan başqa heç bir imperator Papa tərəfindən taclanmamışdı, ancaq 1804-cü ildə Napoleon Şarlemanın tacını və skipetrini ondan aldı. Papa Piyi parisə gəlməyə məcbur edərək, Napoleon simvolik qaydada tacı onun əlindən tutub aldı və özünü imperator kimi taclandırdı.
Napoleon alimlər komandasını işlədirdi ki, onlar belə bir nəticəyə gəlsinlər ki, İsida Parisin qədim ilahəsi olmuşdur və sonra belə dekret verdi ki, ilahə və onun ulduzu, ordunun Paris pencəyinə nişan kimi daxil ediləcəkdir. Zəfər Tağının üzərində Jozefina, İsidanın dəfnə çələngi ilə onun ayaqları qarşısında diz çökmüş şəkildə təsvir edilmişdi.
Biz belə bir rəyə gələ bilmərik ki, Napoleon özünü Siriusla eyniləşdirmirdi, özünü Orion göydə Siriusun arxasınca düşən kimi aparırdı. Müəyyən frimason həsr etmə mərasimlərində namizədlər Osiris kimi yenidən doğulurlar, İsidanı təmsil edən beşgünəşli ulduza baxırlar. Ovçu Osiris / Orion hakimiyyətə doğru kişi impulsudur. İsidanı izləməklə məşğuldur, həyat sirrinin qapıçısıdır.
Bu, Napoleonun ezoterik frimasonluğa dərindən nüfuz etmiş ailədə doğulan və onunla görüşdükdə artıq frimason olan Jozefina haqqında nə düşündüyünü göstərir. Napoleon materik Avropasını fəth edə bilərdi, lakin heç vaxt yüksək dərəcədə gözəl olan Jozefinanı fəth edə bilmədi. Dante Beatriçanı sevən kimi o, bu qadına ürəkdən vurulmuşdu və bu məhəbbət onu yüksək dərəcədə coşdururdu.
Ezoterik təlimlə mürəkkəb bağlılıq Jozefinaya məhəbbətlə birlikdə tale barədə Napoleon düşüncəsindən xəbər verir. Lakin 1813-cü ildə Napoleonu idarə edən və ona səlahiyyət verən qüvvələr onu tərk etdi, necə ki, onlar daim istənilən adamı tam qəflətən tərk edir və Hötenin yazdığı kimi, qitənin irtica qüvvələri onu məhv etmək üçün hər tərəfdən hücum etməyə başladılar.
Erkən romantizm öz iradəsindən təbiət dünyasında diri olduğuna görə təşvişə yol açan heyvan şənliyindən həzz alırdı. Hegel tarix qüvvəsini belə izah edirdi: “Ruh bizi aldadır, ruh fitnə törədir, ruh yalan deyir, ruh zəfər çalır”.
Höte Svedenborqun “Göy və Cəhənnəm” əsərini oxuyanda özünün şərə nüfuz etmə düşüncəsini üzə çıxarmışdı, məhz fövqəltəbii qüvvələr Fausta əzab vermişdi.
Svedenborq Dostoyevskiyə də çox güclü və uzağa gedən təsir göstərmişdi, bu təsir bütöv eranın əhval-ruhiyyəsini qəmgin etmişdi.
Dostoyevski ruhi təcrübənin çıxış hədlərindən istifadə etməkdə sərbəst olduğunu hiss edib, qaranlıq və işıq qüvvələri arasında çox adamın şüur səltənətində olan döyüşləri təsvir edir. F.M.Dostoyevskinin Cəhənnəmə səyahəti Danteninkinə bənzəyir, bu müəyyən dərəcədə ruhi səyahətdir, ancaq həm də bəşəriyyətin yaratdığı Yerə cəhənnəmdən keçməklə olan səyahətdir. Cəhənnəm ilk dəfə içərisində yaşadığımız dünyada heç bir fərq olmadan meydana çıxa bilər, lakin sonra tədricən anomaliyalar özünü göstərir. “Cinayət və cəza” romanında Dostoyevski yazır: “Mən gələcək həyata inanmıram”.
Dostoyevskinin əsərlərində tarixin Rusiya düşüncəsi öz əksini tapırdı.
İspaniya güman ki, Avropada elə bir ölkədir ki, burada fövqəltəbii hər günün səthinə daha yaxın yerləşir. Modernizmin böyük maq-rəssamı Pablo Pikasso daim ruh dünyalarına müdaxilə etmək barədə güclü hisslərə malik idi. O, uşaq olarkən dostları onu fövqəltəbii qabiliyyətlərə yiyələnməli olacağına inandırmışdılar, bura düşüncəni oxumaq və peyğəmbərlik etmək də daxil idi. O, Fransaya səfər edərkən Apolliner, Jan Kokto və digərləri onu sofistik okkult ənənəsinə həsr etmişdilər. Pikasso bəzən öz əsərində ezoterik mövzulardan istifadə edirdi.
O, bəstəkar Riçard Vaqnerin mistik cəhətlərini öyrənmək üçün yaradılmış “Valqalla” adlanan qrupun bani-üzvü idi. Həsr olunmuş rəssam olan Pikasso dünyanı yenidən düzəldə bilərdi, allah da yeni doğulmanı məhsuldar edə bilərdi.
Lakin bunları, gözəlliyin şərti qanunları şəraitində edə bilməzdi. O, kənara atılmışdı, səpələnmişləri, eybəcərlikləri yeni gözəl qaydada yenidən birləşdirəcəkdi.
1906-cı ildə Mahatma Qandı otuz altı yaşında öz arvadı ilə intim yaxınlıqdan imtina etdi. Onun ruhi intizamına hər gün əl cəhrəsində parça toxumaq işi də daxil idi. Əgər o, müxtəlif ölçülərdə öz bədəninə ağalıq edə bildirdisə, özünün ruh gücü adlandırdığına yüksələ bilirdi. O, inanırdı ki, kosmos həqiqət tərəfindən, həqiqət qanunları tərəfindən ifadə olunur və bu qanunlara müvafiq olaraq hərəkət etdikdə fərdi olan Satyaqrahanı, həqiqət və məhəbbət gücünü qəbul edəcəkdir. Sənin əleyhdarın hücum etdikdə, hirs və sənə həmlə edənə nifrət barədə bütün fikirlərdən azad olmağa çalışmalısan. Qandi düşünürdü ki, bu fəlsəfəyə boyun əysən “sən krallardan, xalqdan, ulduzlardan, pələnglərdən, hətta ölümdən qorxmaqdan azad olacaqsan”.
Hindistan pambığı Britaniyaya ixrac edilirdi ki, oradakı Lankaşir toxuculuq fabriklərində emal edilsin, sonradan həmin parça satılmaq üçün geri Hindistana qaytarılsın ki, bundan Britaniya fayda götürsün, Hindistan isə ziyan çəksin. Cəhrənin arxasında oturan Qandi deyirdi: “Bu mənim müəyyən inamımdır ki, çəkdiyim hər bir sapla mən Hindistanın taleyini toxuyuram”. Gizli cəmiyyətlərə xas olan tipik başayaq düşüncəsində Qandi Hindistanı işğal etdiyinə görə, britaniyalıları deyil, hindliləri məzəmmət edirdi. Bu nöqteyi –nəzərdən ki, üç yüz milyon hindistanlı buna dözməsə, 100 min britaniyalı Hindistana nəzarət edə bilməzdi.
Qandinin ruh gücü elə idi ki, o, silahlı əsgərlərlə görüşəndə, onlar öz silahlarından da aşağı görünürdülər. Hindlilər və müsəlmanlar onun yanında bir-birlərini bağışlayırdılar. Qandinin dustaq edilməsi və aclıq keçirməsi Britaniya hökumətinin əxlaqi iradəsinə güclü zərbə vurdu və 1947-ci ildə Hindistanın müstəqilliyinə aparıb çıxardı. Dünyanın heç vaxt görmədiyi ən böyük imperiya dağıldı.
Bu tarixdə Böyük Aleksandr və Napoleon kimi liderlərin həyatı ilə müqayisədə, Qandi öz hissəsində onların hər birindən böyükdür. O, inanırdı ki, ruh gücü ən böyük hərbi qüvvədən də imtina edə bilir, çünki hərəkətin arxasındakı niyyət hərəkətin özünə daha böyük və daha geniş yayılan effektlər göstərə bilər.
Müqəddəs Fransisk kimi Qandi də bütün dünyanı sevirdi.
Günəş allah göstəriş verirdi ki, özünü tanı. Ezoterik fəlsəfə bizim ürəyimizdə sıralanan ruhi iyerarxiyaları yenidən kəşf etməyə çağırırdı və bizim içərimizdə sıralanan ilahi qabiliyyətlərin kəşfi ilə yaxından əlaqədə idi. Bu Platon, Müqəddəs Pavel, Leonardo, Şekspir və Nyuton kimi fərqli dahilərin qoruyub saxladığı və qidalandırdığı sirr deyil. Platon deyirdi ki, bütün fəlsəfə maraqdan başlayır. Belə bir qədim ənənə vardır ki, iki min il bundan əvvəl Xrist inkarnasiya etmişdi, beləliklə bizim dövrümüzdə də İblis inkarnasiya edəcəkdir.
Konkistadorların yerli dini məhv etmək cəhdlərindən salamat qalan az sayda Mayya mətnləri indiki dövrümüzün, uzun tarixi siklin sonu kimi nişanələndiyini qeyd edir. Mayyaların 21 dekabr 2012-ci ildə sonun baş verəcəyi barədə əvvəlcədən verdikləri xəbər geniş qəbul olunmuşdur. Yüksək dərəcədə intriqa xarakterli olan bu Mayya peyğəmbərliyi İudaizm-Xristian peyğəmbərliyi ənənəsi ilə və son vaxtlarda bəzi çox nüfuzlu xristian mistiklərinin öncə görməsi ilə üst-üstə düşür. Bu mistiklərin proqnozları belə bir köməklik göstərdi ki, 1980-cı ildən 2016-cı ilə qədər olan aşağıdakı dar pəncərədən indi ətrafa baxıla bilsin. Onlar həmçinin mayyaların nəyi qabaqcadan görməyə cəhd etdiklərini daha aydın seçməkdə bizə kömək edə bilər.
Dünyanın sonu, “apokalipsis” barədə öncədən xəbər vermələr az deyildir. Hətta Birləşmiş Ştatların bəzi alimləri və elmi idarələri də belə qorxulu proqnozlarla çıxış edirlər. Qədim mayyaların gələcəyi xəbər verməsinə gəldikdə, onlara görə 21 dekabr 2012-ci ildə bizim sivilizasiyanın sonu baş verəcəkdir. Qədim traktata uyğun olaraq həmin gün bizim Günəş sistemimizdə nəsə qeyri-adi bir hadisə – “planetlərin paradı” baş verəcəkdir. Yer, Yupiter, Mars və Saturn bir xəttə düzüləcəkdir, Günəş isə mərkəzdə olacaqdır. Yerin Günəşə qeyri-adi yaxınlığından zəncirvari reaksiya baş verəcəkdir: atmosferə gur enerji axınları gələcəkdir ki, bunlara yerin səthi dözə bilməyəcəkdir. Qədim şumerlər də 21 dekabr 2012-ci ildə dünyanın sonunun baş verəcəyini bildiriblər. Onların mülahizəsinə görə Yerin yanından keçən Nibiru planeti maqnit qütblərinin dəyişilməsinə səbəb olacaq və bizim planetin orbitini tam dəyişəcəkdir. Planetin cazibə qüvvəsi Yerdən nəhəng su kütləsini qaldıracaq və endirəcəkdir. Bu bütün canlıları məhv edəcəkdir. Maraqlı cəhət orasındadır ki, NASA (ABŞ-ın Aeronavtika və kosmosun təriqəti üzrə Milli idarəsi) 1982-ci ildə Nibiru planetinin mövcudluğunun mümkünlüyünü etiraf etmişdi.
Müxtəlif mədəniyyətlərin ümumi həqiqi ezoterik ənənəsi belə bir inam irəli sürür ki, biz heç də dünyanın sonunun hansısa bir yaxınlığında yaşamırıq. Ezoterik ənənələrin bəzilərinin inamı belədir ki, dünya tarixi bizim yerdən gördüyümüz kimi ulduzların və planetlərin dövrə vurmasının təsirinə məruz qalır. Mayyaların öncə görməsi daha çox ona bənzəyir ki, ulduzların və planetlərin bir sikldə tədricən formalaşması başa çatacaq, digəri başlanacaqdır. Bu eranın sonu radikal dəyişikliklərlə və böyük tərpətmələrlə əlamətlənəcəkdir. Sonra isə ulduzlar və planetlər arxadan gələn dünya tarixində yeni nümunələr və yeni eralar əmələ gətirəcəkdir.

(Ardı var.)
Telman Orucov



Bu yazı ( 347 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar