12px14px16px18px

Dünyanın gizli tarixinin mükəmməl tədqiqat təşəbbüsü

Telman Orucov
14:16 / 30.07.2011
(Conatan Blekin “Dünyanın gizli tarixi” kitabı barədə qeydlər)

Avropada islam işğalı daha çox İspaniyada ömür sürdü. O vaxtlar Mavr İspaniyasının parlaq sivilizasiyası (Əl-Əndəlus mədəniyyəti) Şimala doğru yayıldı, dünyanın başqa hissələrinə, birinci növbədə Fransanın cənubuna yol aldı.
On ikinci əsrdə Provans və Lanqedon Avropada ən sivilizasiyalanmış regionlara çevrildilər. Trubadurlar adlanan Provans şairləri ərəb-əndəlus poetik formalarına uyğunlaşdılar, onların erotik şöhrətindən ilhama gəldilər. Trubadurlar məhəbbəti daha açıq və daha çılğın şəkildə ifadə edir, əslində bu ilahi vurğunluqdan cuşa gəlməyə həsr olunmuş himnlər yazırdılar. Bu yolla onlar dini məhdudiyyətləri də nəzərə almırdılar. Əgər Sufi şairi Şeyx Abdulla Ənsari “Ey Allah, sənin məhəbbətinin şərabı ilə mən sərxoş oldum yazırdısa, trubadur şairləri məhəbbət səhnələrindən ağıllarını itirdiklərini etiraf etməkdən çəkinmirdilər. Trabudur ədəbiyyatı həsr edilmə ilhamları ilə dolu idi. Məşhur “Bülbül və Qızıl gül” əhvalatında quş ilahiliyi çox arzulayan insan ruhunu təmsil edirdi.
Sonralar Dantenin də əsəri müxtəlif səviyyələrdə oxunmaq üçün yayılmışdı. Bu səviyyələr astroloji, kosmoloji, əxlaq, hətta bəzən deyirdilər ki, əlkimyəvi xarakter daşıyır.
On iki, on üç yaşında Fransada, sıx meşələri olan Luara vadisində sadə kənd evində yaşayan bir qız uşağı səsləri eşitməyə və görmələri sezməyə başladı. Böyük mələk Mixail Jannaya göründü və ona dedi ki, ruhi bələdçilərə malik olacaqdır. Qız onunla getməyə həvəs göstərmirdi, deyirdi ki, yaxşısı budur anası ilə parça toxumaqla məşğul olsun. Lakin səslər təkidini artırırdı. Onlar qıza dedilər ki, bu onun missiyasıdır. İngilis ordusu ölkəyə müdaxilə edib, Orlean şəhərini tuta bilərlər. Onlar qıza dedilər ki, Şinon şəhərinin yaxınlığına getsin ki, orada Fransa tax-tacının varisi olan Dofini (prinsi) tapsın və onu taclandırmaq üçün Reyms kafedral kilsəsinə aparsın.
Janna Dofinin sarayına gələndə hələ də uşaqdan bir az böyük görünürdü. Dofin ona hiylə qurdu, əyanlarından birinə icazə verdi ki, taxtda otursun, özünü Dofin kimi qələmə versin. Lakin Janna oradan keçib, birbaşa Dofinə müraciət etdi. Janna onu inandırdı ki, ona ağ at və ağ zirehli paltar versin. Qız bunu geyinib, altı gün, altı gecə at belində fasiləsiz yol getdi.
Jannanın gözünə kilsədə gizlədilən qılınc göründü. Tarixdə bəzi hallarda göründüyü kimi ruh dünyasından olan böyük varlıqlar öz qüvvələrini xüsusi fərdlərə vermək üçün gətirirlər. Janna da bunu inkar edə bilməzdi. Heç nə onu dayandıra bilməzdi, baxmayaraq ki, ona qarşı olan qəribəliklər bəzi hallarda hətta məhvedici xarakter alırdı.
28 aprel 1429-cu ildə Janna Orleanın ətrafına gəldi, bu vaxt şəhər düşmən tərəfindən işğal olunmuşdu. İngilis qoşunları gənc qız və onu dəstəkləyənlərin kiçik qrupu qarşısında geri çəkildilər. Yalnız beş yüz fransız, sayı minlərlə ölçülən ingilis ordusunu məğlub edə bildi. Bunu hətta ingilis zabitləri də bir möcüzə kimi təsvir edirdilər.
Jannanın təkidi ilə Dofin Reymsdə Fransa kralı kimi taclandı. Bu gənc qızın missiyası üç aydan az olan bir müddətə yerinə yetirildi. Ona öz adamları xəyanət edib, ingilislərə satdılar. Jannaya ona gəlib çatan səslər barədə suallar verdilər. Ruhi dünyası ilə belə dərin əlaqələr kilsəyə xoş gəlmirdi. Ona görə də kilsə onu ifritə kimi ittiham etdi və 30 may 1931-ci ildə Janna Fransanın şimalındakı Ruan şəhərinin bazar meydanında tonqalda yandırıldı. İngilis əsgərlərindən biri o birisinə demişdi: “Biz müqəddəsi yandırırıq”.
Onun haqqında ingilis fikri bu qızı düşmən hesab etməkdir. Lakin gizli tarixin perspektivlərinə müvafiq olaraq Janna D`Arkın ilahi qaydada ilhamlanmış fəaliyyətlərindən İngiltərə daha çox fayda götürmüşdü. Fransa və İngiltərə yüz illərlə münaqişədə idi, baxmayaraq ki, Jannanın vaxtında İngiltərə hərbi cəhətdən daha qüvvətli idi, lakin mədəni cəhətdən, dilində və ədəbiyyatında Fransa üstün mövqedə idi.
Jannanın qəhrəmanlığı olmasaydı, Fransanın və İngiltərənin, xüsusən ingilislərin dünya tarixinə töhfəsi, Şekspirin psixoloji realizmi və Frensis Bekonun mahiyyətcə fərqli olan tolerant fəlsəfəsi baş verməzdi.

Ədəbiyyatın dirçəlişi.
Konkistadorların vəhşiliyi.
Frimasonluğun gizli missiyası

1492-ci ildə Xristofor Kolumb Orinoko çayının mənsəbinə çatanda, o inanırdı ki, bu Ədəmdən axan dörd çaydan biridir. O, vətəninə yazırdı: “Bu böyük əlamətlər buranın təqribən yerüstü cənnət olduğunu göstərir. Təkcə ona görə yox ki, müqəddəs rəylərin və oxumuş ilahiyyatların riyazi mövqeyinə uyğun gəlir, həm də ona görə ki, bütün digər müdriklər bunun mümkün olması ilə razılaşırlar”.
Kolumb kraliça İzabellaya yazdığı məktubda belə bir ümid ifadə edirdi ki, o “qızılla dolu çəllək” tapacaqdır, bu isə qadın və onun əri kral Ferdinand tərəfindən Yerusəmimin yenidən işğal edilməsini maliyyələşdirəcəkdir.
Ferdinand yenicə Qranadanın Mavrlardan alınmasına başçılıq etmişdi. Ərəbləri bütünlüklə qovmaqla İspaniyanı yenidən Kilsənin ağuşuna qaytarmışdı. Kolumb bilirdi ki, qızıl, vətənin yaxınlığındakı və sürətlə güclənən düşmənə qarşı müharibəni maliyyələşdirməyə sərf ediləcəkdir və əleyhinə böyük iddialar qaldırılan düşmən isə Tampiliyerlər Rıtsarlarının ruhi varisi adlanacaqdır.
Servantes və Şekspir isə bir-birinə tam müasirlər kimi idilər. Yaşlı rıtsar olan Don Kixot nizə ilə külək dəyirmanlarını məhv etmək istəyirdi. Dolu bədənli, sarımsaq çeynəyən kənd qızını isə rıstar nağıllarından gələn Dulsineya adlı gözəl kübar qızı kimi görürdü. O, ilk anda komediya qəhrəmanı kimi görünə bilərdi. Bir cəhətdən Don Kixot ötüb keçmiş Orta əsrlər rıtsar ideallarına qayıtmağı təkid etməyə çalışırdı. Digər tərəfdən o, özünün “ikinci uşaqlığına” daxil olurdu, təxəyüllərin daha real göründüyü dövrlərə qayıdırdı.
Bəzi ispan alimləri sübut edirlər ki, Don Kixot kabalistik “Zöhar”ın (və ya “Füsunkarlıq Kitabı”nın) alleqorik icmalıdır. Don Kixotun nökəri Sanço Pansaya Merlin hiylə gələrək onu inandırmışdı ki, Dulsineya tilsimlənmişdir, məhz ona görə də o, kök kənd qızlarına bənzəyir. Don Kixotun özü açıq ürəklilik nəticəsində səhvlərə yol verirdi. O, ispan Xristi adlanırdı və əgər o, real olaraq yaşasaydı,, dünya tarixinə onun səyahətinin təsiri daha böyük olardı.
Servantesin müasiri, dramaturq Ben Conson isə Uilyam Şekspir haqqında deyirdi ki, o, “Latın dilini az bilirdi və yunan dilini bundan az bilirdi”. Belə bir adam olduqca mükəmməl olan bu əsərləri necə yarada bilərdi, öz dövrü üçün necə erudit ola bilərdi? Böyük müasirlərindən çoxu Şekspirin pyeslərinin müəllifinin Oksford qrafı Kristofer Marlou və sonradan şair Con Donn olduğunu deyirdilər. Müəllifliyə daha populyar namizəd isə, əlbəttə ki, Frensis Bekon idi.
Əgər İisus Xrist iç həyata toxum səpmişdisə, Şekspir onun böyüməsinə kömək etdi, onu məskunlaşdırdı və bizə bu düşüncəni verdi. Bizim hər birimiz onu daxili kosmos kimi içimizdə gəzdiririk və o həm də zahiri kosmos kimi genişdir. Hamlet yalnız ağlını itirmə vəziyyətində “olumun ya ölümün” yaxşı olduğuna əmin deyildi. Bu Axillesin harayından gələn uzun yol idi, axı o, nəyin bahasına olursa olsun, günəş işığında yaşamaq istəyirdi. Faciə aktyorlarının çoxu indiyədək inanır ki, “Makbet”də təhlükəli okkult formulu vardır, pyes oynanılanda bu ona sehrli mərasim gücü verir. “Yay gecəsi yuxusu” pyesində biz Yaşıl Meşəyə giririk, digər komediyalarda da yenidən qədim meşələrə daxil oluruq. Biz şüurun arxaik formalarına qayıdırıq, bunda bütün təbiət ruhlar tərəfindən canlanır. Bütün rəssamlıqda və ədəbiyyatda fırlanan bitki adətən siqnal verir ki, biz ezoterik səltənətə, efir ölçüsünə daxil oluruq. Şekspirin əsərləri, əlbəttə ki, çiçək obrazı ilə dolu idi. Tənqidçilər isə çox vaxt qızıl güldən istifadə edilməsini okkult simvolu kimi izah edirlər.
Şekspir bir tapmacadır. İisus Xrist kimi o, insan şüurunu inqilabiləşdirir, həm də əks tarixi məlumatın izlərini, demək olar ki, görünməz edir. Şekspirin pyeslərində Sufi məmnunluğunu bol şəkildə görürük. Sufizm, mistik rəmz kimi qızıl gülün böyük mənbəyidir.
Harun ər- Rəşidin sarayında və sonralar ərəb xalqı arasında elmin, xüsusən matematikanın, fizikanın və astronomiyanın irəliyə doğru böyük sıçrayışı baş verdi. Bunu ərəb xalqı ilə ingilislər arasında olan bir dərin mistik əlaqə hesab etmək olar ki, elmi tədqiqatın böyük ərəb ruhu yenidən Frensis Bekonla birlikdə yaşamağa başladı. Axırıncı isə fərdi qaydada Şekspirlə yaxından eyniləşdirilmişdi. Bekon böyük elmi inqilabı ilhamlandırmışdı.
Şekspir dünyası bəşər dəyərlərinin dünyası idi. Burada nə baş versə, bu, insan xoşbəxtliyi və karta qoyulan insan həyatlarının ölçüsü idi. Bekon dünyası elə idi ki, insan dəyərləri soyulub çıxarılmışdı.
İnsan təcrübəsi hiylə xüsusiyyətli, paradkosal, sirli və bütövlükdə əvvəlcədən bilinən şey idi, bunları isə Şekspir dramatikləşdirirdi. Bekon bəşəriyyətə öyrədirdi ki, fiziki obyektlərə baxsın, onlar təcrübə ilə qənaətlənmişdir, tabe olduqları və qabaqcadan məlum olan qanunları nəzərə alır. Ona görə də, elmi fəlsəfə tarixində o, İnduksiyanın Atası kimi məşhurdur. Qısaca, Bekon belə qərara gəldi ki, əgər obyektiv qaydada mümkün olan obyektləri müşahidə etməyi bacarırsansa, müxtəlif nümunələr onun quruluşunun subyektiv təcrübəsini verir. Bu planetin sifətinin dəyişilməsinin reallaşması idi.
1517-ci ildə Papa Romada yeni müqəddəs Pyotr bazilikasının inşaasına çəkilən xərci ödəmək üçün bağışlanmanı – indulgensiyanı satmağı yenidən işə saldı. Bu, dünyada ən füsunkar, həm də bədxərcliklə tikilən bina olmalı idi. Vittenberqdəki müəllim Martin Lüter indulgensiya satılmasına qarşı olan öz arqumentlərini yazıb, bu kağızı yerli kilsənin qapısına vurdu. Həmin vərəqə icma üçün nəzərə çarpan mövqeyə çevrildi. Lüterin kilsədən kənarlaşdırılması barədə Papa bullu çıxdından sonra o, bu sənədi ona valeh olan kütlə qarşısında yandırdı. O, elan etdi: “Mən burda dayanmışam”. Saatın qəhrəmanı olan Lüter yeni hökmdarın himayəsi nəticəsində tonqalda yandırılmaqdan qaça bildi və Papalığın bədxərcliyinə qarşı olan etirazlara başçılıq etdi. Protestanizm dünyaya gəldi.
Lüter mistik təlimdə sərt qaydada dəyişdi. Onun yaxın dostu və ədəbi silahdaşı okkultist Filipp Malanxton idi. Axırıncı astrologiyanı müdafiə edirdi və Faustun tərcümeyi-halını yazmışdı. Lüterin özü də müəyyən şərtlərdə ruh dünyası ilə əlaqədə idi, ona bələdçilik edən səsləri dinləyirdi. O, əlkimyaya rəğbətlə yanaşırdı, onu “allerqoriyasına və gizli mənasına” görə tərifləyirdi, etiraf edirdi ki, bəşəriyyətin dirilməsində müəyyən rol oynamışdır. Lüter qızıl gülü öz simvolu kimi qəbul etmişdi. Buna baxmayaraq, Lüterin beş ləçəkli ağ qızıl gülü özündə kiçik çarmıxı daşımaqla, heç də mistik qızıl gül deyildi.
Xristofor Kolumbun izi ilə az sayda idealist adamlar addımladı. 1519-cu ildə Ernando Kortes Yukatan körfəzi sahilinə üzdü, orada o, Verakruz adlanan baza yaratdı. O, və onun ispan ardıcılları attseklərin ağlasığmaz sərvəti barədə söhbətlər eşitmişdilər, onların hökmdarı Moktesumanın səfirinin hədiyyələrlə bazaya gəldiyini gördükdə, məəttəl qaldılar. Hədiyyələrə araba təkəri boyda Günəşin obrazı, həmçinin Ayı təmsil edən gümüş obraz daxil idi. Burada həmçinin qızıl dənələri ilə dolu dəbilqə və “kettsal” quşunun lələklərindən düzəldilmiş baş bəzəyi var idi. Attsek səfiri izah etdi ki, bu onun ağası Moktesumanın hədiyyələridir, Kettsal Koutl böyük allahı tərəfindən verilmişdir. Səfir izah etdi ki, bu allah çoxdan Yer üzünü tərk etmiş və Ayı öz vətəni etmişdir. Attsek astroloqları peyğəmbərlik edirdilər ki, bu allah geri dönəcəkdir.
Kortesin ardıcılları attseklərin paytaxtı Tenoçtitlana (indiki Mexiko şəhəri) gəlib çıxanda öyrəndilər ki, bu şəhər gölün ortasındakı adada salınmışdır, yalnız əllə tikilmiş dar körpü hesabına asanlıqla müdafiə olunur.
Moktesuma onları qarşılamağa gəldi, Allah kimi baxdığı Kortesin qarşısında əyildi və onları içəri keçməyə dəvət etdi. Kortesin planı Moktesumanı oğurlamaq idi ki, onu girova çevirsin. Lakin adamları saraydakı bütün qızılları görəndə, onlar ləngimədən çarı öldürdülər. Bu səfehlikləri üzündən onlar yalnız uzun müddətli döyüşdən sonra qaçıb aradan çıxa bildilər. Bu tarixdəki qanlı epizodlardan birinin başlanğıcı idi.
Konkistadorlar (ispan işğalçıları) bütün qızılların gizli mənbəyi və qızılla örtülmüş çar, El Dorado barədəki şayiələri eşitmişdilər. Çar hər səhər maye qızılda çimirmiş. Bu əfsanəvi çar şəhərinə qonaq kimi gələn ingilis səyyahı Uolter Reli də yazırdı: “İmperiya şəhərinin damları qızıldandır”.
Kortesin rəqibi Fransisko Pisarro üzüb Peruya gəlmişdi, on min adamı himayə etməklə, bütöv ölkəni talamaq niyyətində idi. Bunu o, yalnız iki min nəfərdən ibarət tərkibi olan ordunun köməyi ilə edəcəkdi.
(Ardı var.)
Telman Orucov



Bu yazı ( 352 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar