12px14px16px18px

Dünyanın gizli tarixinin mükəmməl tədqiqat təşəbbüsü

Telman Orucov
03:25 / 23.07.2011


(Conatan Blekin “Dünyanın gizli tarixi” kitabı barədə qeydlər)
 

Əgər üç nəslə aid olan fransız kralları- Şarl Martel, Pipin və Şarleman olmasaydı, islam, xristianlığı yer üzündən silib ata bilərdi. 742-ci ildə anadan olan Şarleman Longinusun nizəsini miras kimi götürmüşdü, bu nizə İusus Xrist çarmıxa çəkiləndə onun böyrünü deşmək üçün istifadə olunmuşdu. Şarleman bu nizə ilə yaşayır və yatırdı, inanırdı ki, silah gələcəyi qabaqcadan görmək və öz taleyini həll etmək üçün ona qüvvə verəcəkdir. lX əsrin birinci onilliyində o, müsəlmanlar üzərində qələbə çaldı.
Şarleman aldadıcı fiziki görkəmə malik idi. Yeddi fut (213 sm) hündürlüyündə olmaqla, parlayan mavi gözləri var idi, lakin o, sadə, mülayim adətlərə malik adam idi, həm də öz iradəsini, taleyinin gedişi istiqamətinə yönəldə bilirdi. İslam müdaxiləsi ilə üz-üzə gələndə o, Xristian düşüncəsini qorumaqla yanaşı, həm də öz xalqını pozulmaqdan və tiran xasiyyətli kübarlardan mühafizə edirdi. Şarl Monteskyo özünün “Qalunların ruhu haqqında” adlı məşhur əsərində onun şəxsiyyətinə çox yüksək qiymət verir.
Şarlemanın 770-ci ildə əsasını qoyduğu “Müqəddəs Vehm” və ya “Azad hakimlərin gizli tribunası” özünü həsr etməməyi istisna etmək üçün gizli rəqəmlərdən və işarələrdən istifadə edirdi. Bəzən işığın gizli əsgərləri kimi maskalı adamlar qanundan yuxarıda yaşayanların qəsrlərinin qapılarına çağırış mismarlaya bilərdilər. Şarlemanın həsr etmə yollarının ən güclü sübutu bu gün də mövcud olan Axen kilsəsidir. Bura qurd qapısından girilir- kilsəni şeytanın mülkiyyətindən çıxarmaq üçün hiyləgərlik edən əfsanəvi cəngavərin adı ilə qapı belə adlanmışdı. Bura gələn adam birinci mərtəbədəki qalereyadan Qərbin imperatorunun iri taxtını görür. Kilsənin mərkəzində Şarlemanın sümükləri olan qalın qızıl tabut qoyulmuşdur. Ondan yuxarıda “İşıq Tacı” – nəhəng araba təkəri ölçüsündə şamdan asılmışdı.
Şarlemanın xristian dünyasının alimlərini bir yerə yığması da daxil olmaqla Harun ər –Rəşidin rəqib sarayına çatmaq cəhdindəki nailiyyətləri göz qabağında idi. Ən böyük alim yəqin ki, Alkuin idi, o, İngiltərənin York şəhərindən idi. Britaniyalıların bu əlaqəsi gizli tarixdə mühüm əhəmiyyət daşıyırdı.
Xristianlar Qraal kubokunu tapmağa çalışırdılar. Erkən alman versiyasına görə Qraal daşdan idi. Əlbəttə bu, kubok ölçüsündə Lutsiferin alnına düşsəydi onun dəydiyi də daşa çevriləcəkdi. Bu kubokda Xristin qanı saxlanırdı, çarmıxda olanda onun bədənindən tökülən qanı yığmaq üçün istifadə edilmişdi. Müqəddəs Qraalın sirri heç də qan xətti kimi təmsil olunmurdu, yəqin ki, reinkarnasiya ezoterik təliminə qarşı idi.
Şarleman 814-cü ildə öləndə onun imperiyası tezliklə parçalandı. Lakin bu gün birləşmiş Avropanın yaşayan idealı kimi yenidən həyata qayıtmışdır. Kral Artur kimi bəlkə də o, heç vaxt ölməmişdi, lakin vaxtında ehtiyac olanda onun qayıtması gözlənilir. Bu necə də Şiələrin təlimində mövcud olan 12-ci İmamın-Mehdinin, İmam Zamanın gələcəkdə zühur etməsi barədəki ümidlərə bənzəyir.
Həmin dövrlərdə canlı islam təsiri, o cümlədən onun spiritual hissəsi Toledodaki və Siciliyadakı elmi mərkəzlər vasitəsilə Avropaya axmaqda davam edirdi. Matematikanın, həndəsənin və təbiət elmlərinin öyrənilməsi ərəb dilindən olan tərcümələrdən və astronomiya və astrologiya ilə yanaşı Aristotelin əsərlərinin saxlanılmasından və yayılmasından ilhamlanırdı. Şimala tərəf yayılaraq, Avropada islam modelinə əsaslanan ilk universitetlərin formalaşmasına aparırdı. Bu həmçinin Qotika arxitekturasında arabeskaların (həndəsi fiqurlardan və üslublaşdırılmış yarpaqlardan, güllərdən və sair ibarət olan mürəkkəb ornament növü) yaranmasına gətirib çıxardı, bu memarlıqda məscid arxitekturasındakı dolaşıq bitki formalarının təsiri aydın görünürdü.
 
Tampliyerlər. Fransisk. Janna D`Ark 
 
Türk müsəlmanları 1076-cı ildə Yerusəlimə nəzarəti əldə etdilər və xristian zəvvarları təqib etməyə başladılar. Səlibçilər Yerusəlimi azad etsələr də, sonra yenidən itirdilər. 1-ci və 2-ci Səlib yürüşləri arasında yaranan tampliyerlər xristianlığın səs-küy salan dəstələrinə çevrildilər. Tampliyer (Məbəd) Rıtsarları və ya Xristin və Solomon məbədinin kasıb əsgərləri ordeni onların bütöv adı idi. Onlar paltarlarının altından qoyun dərisindən tikilən şalvar geyinirdilər, bu onların bəkarətinin rəmzi idi və onlara saqqallarını qırxdırmaq qadağan olunmuşdu. Onların özlərinin qılıncdan savayı heç nəyi yox idi, bütün mülkiyyət ümumi xarakter daşıyırdı. Onlar heç vaxt düşməndən mərhəmət gözləmirdilər, yalnız üstünlük üçün birə nisbətində olduqda geri çəkilirdilər. Hətta geri çəkilsələr də, onlar ölənə qədər daim döyüşməli idilər. Tampliyerliyə həsl olunma mərasimləri aydın şəkildə Sufizm və Məbədin Solomon müdrikliyi daxil olmaqla, müxtəlif ənənələrdən götürülmüşdü. Quzu öldürülürdü və onun bağırsağından kəndir düzəldilirdi. Bu kəndir namizədin boğazına keçirilir, bu qaydada o, həsr olunma otağına aparılırdı. O, and içməli idi ki, ölüm ağrısı olsa da onun niyyətləri tam təmizdir və bu vaxt namizəd bilmək istəyirdi ki, böyük müəllim okkultun başa düşdüyü kimi onun ruhunu görə biləcəkdirmi- o, ölməyə yaxındırmı? Namizədlər qorxulu əmrlərə dözürdülər, bura dəhşətli demonik qüvvələrlə qarşı-qarşıya durmaq da daxil idi. Beləliklə, onlar ölümlə qarşılaşmağa hazırlaşırdılar və sonrakı həyatlarında və ya ölümdən sonra hər gün dəhşətlərlə üz-üzə gəlməli idilər.
Çox sayda kübarlar ordenə qoşulduğuna görə öz mülkiyyət hüquqlarını da ona verirdilər, ona görə də tampliyerlər müstəsna dərəcədə vahid olanlara çevrilirdilər. Onlar kredit məktublarını icad etdilər, beləliklə pul, quldurlar tərəfindən oğurlanmaq riski olmadan başqasına ötürülə bilirdi. Onların Parisdəki məbədi fransız maliyyəsinin mərkəzinə çevrildi. Müəyyən şəkildə onlar bankların müjdəçiləri idilər, bu isə tacir siniflərinin yüksəlməsini hazırlamaqda səmərəli vasitə rolunu oynayırdı. Tampliyerlər həmçinin ilk ticarət gildiyasının himayəçiləri idilər. Bu isə kilsəni və kübarlığı müstəqil etməli idi.
Digər böyük ordenlərdən biri Fransisk ordeni idi. Fransisk dünyaya gələndə, orada təhkimçi kəndlilər müstəsna yoxsulluqdan əziyyət çəkirdilər, eybəcərləşən, hər şeydən məhrum olan cüzam xəstələrinə isə bütünlüklə nifrətlə yanaşılırdı. Varlı din xadimləri təhkimçilər hesabına firavan yaşayırdılar və onlarla razılaşmayanları təqib edirdilər.
1206-cı ildə Fransisk İtaliyanın Assizi şəhərində 20 yaşlı varlı gənc idi. O, qayğısız və rəhmsiz həyat sürürdü, çətinliklərlə üzləşməkdən qaçırdı, cüzam xəstəsini görəndə burnunu tuturdu. Burada prins Siddharthanın həyatı ilə müqayisə də düzgün olmazdı.
Bir gün o, atını çapanda, atı qəflətən kişnədi və o, aşağı baxanda cüzamlı adamı gördü. Atdan düşüb, qabaqcadan tanıdığı cüzamlının qanlı əlini qucaqladı və onun irinli yanaqlarından və dodaqlarından öpdu. O, hiss etdi ki, cüzamlı öz əlini geri çəkir, Fransisk ona baxanda, cüzamlının yoxa çıxdığını gördü. O, bilirdi ki, Müqəddəs Pavel Dəməşqə gedəndə yolda gözlənilmədən qarşısına çıxan Xristlə görüşmüşdü. Fransiskin həyatı və fəlsəfəsi aşağı tərəfə döndü və içinə nüfuz etdi. O, aydınlaşdırmağa başladı ki, “İncil”lər yoxsul həyatını, başqalarına kömək etməyə özünü həsr etməyi lazım bilir, “nə qızıla, nə gümüşə, nə kisəsindəki pula, səyahət edəndə nə çantaya, nə iki pencəyə, nə ayaqqabılara” malik olmağı əksinəməsləhət görmür. O, görməli idi ki, yoxsulluq heç nəyin olmamasıdır, heç nəyi arzu etməməkdir, həm də həqiqi azadlıq ruhunda olan bütün şeylərə malik olmaqdır. O, bunu görməyə gəlib çıxmalı idi ki, cisimləri sınamaqdansa, özünü sınamaq vacibdir. Bizim malik olduqlarımız adamı ondan yapışmağa məcbur edir və həyatımızı idarə etmək təhlükəsi yaradır.
Kilsədə təsvir olunan çarmıxdan bir səs ona deyirdi: “Get, Fransisk mənim evimi təmir et, gördüyün kimi o xaraba qalmışdır”. Fransisk üçün bu sınaq nə deyiləsi, nə də qarşısı alınası deyildi. O, öz təbiətinin, onun maddi ölçülərində heyvan, bitki təbiətinə çevrildiyini gördü. Həmin heyvanlar ona qəribə şəkildə cavab verdilər. O, xahiş edəndə sisəy oxuyurdu, quşlar onun möcüzələrini dinləməyə yığışırdı. Bu vaxt quduz canavar dağdakı kiçik şəhərə ziyan vuranda, Fransisk onunla görüşməyə getdi. Canavar Fransiskinin qabağına qaçdı, ona əmr edəndə ki, bir də heç kəsə zərər vurma, canavar onun ayaqları altına uzandı. Bir neçə il sonra canavarın skeleti tapılanda, onu kilsənin döşəməsinin altında dəfn etdilər.
Həyatının sonuna yaxın Fransisk La Verna dağı üzərində meditasiya edirdi, özünün guşənişin zirzəmisindən kənarda dua edirdi. Qəflətən bütün göy üzü işıqla parıldamağa başladı və altı qanadlı Serafim ona göründü. O, anladı ki, İisus Xrist yeni missiya barədə ona xəbər göndərmişdir.
Müqəddəs Fransiskin ölümündən sonra onun yaratdığı ordendə, fransiskanlarda narahatlıqlar başladı. Mülkiyyətə malik olmaq və pul ələ keçirməyə görə Papa ordendən müstəsna məsuliyyət tələb etdi. Qardaşların çoxu buna Müqəddəs Fransiskin görməsinə zorakılıq kimi baxdı və onlar spiritual fransiskanlar adlanan parçalanmış qruplar yaratdılar. Beləliklə, Müqəddəs Fransiskin ardıcılları təqib edilməli, ovlanmalı və dinsizlər kimi öldürülməli idi.
1193-cü ildə anadan olan Albertus bakirə Mariyanın onun gözünə görünməsindən ilhamlanmasına qədər tənbəl və səfeh uşaq idi. Lakin o, öz təhsilinə çox ciddi yanaşdığından tezliklə Avropanın ən məşhur filosofuna çevrildi. O, Aristotelin elmini, fizikanı, təbabəti, arxitekturanı, astrologiyanı və əlkimyanı öyrəndi. O, həmçinin okkultist texnikaların istifadə etdiyi yerin təkindəki metalların ilahi təmsilinin metodlarından da faydalanırdı.
 Belə deyirlər ki, o, Android adlandırdığı qəribə avtomat düzəltmişdi. Bu avtomat danışmaq, güman ki, hətta düşünmək və öz sərbəst iradəsi ilə hərəkət etmək qabiliyyətinə malik idi. O sarı misdən və digər metallardan hazırlanmışdı, bu metallar isə göy cisimləri ilə öz sehrli əlaqələrinə görə seçilmişdi. Albertus onu canlı olmaq üçün düzəltmişdi. Bu canlılıq sehrli inkarnasiyanın onun içərisinə daxil olması və dualarla nəfəs alma yolu ilə meydana gəlməli idi.
Albertus özündən 33 yaş kiçik olan Tomas Akvinasın ruhi bələdçisi oldu. Bu belə görünür ki, Tomas öz müəlliminin Androidini qırıb dağıtmışdı. Akvinas Paris universitetinə gəlmişdi ki, öz müəlliminin rəhbərliyi altında Aristoteli öyrənsin, lakin o, kəşf etməli idi ki, böyük aristotelçi faktiki olaraq müsəlmandır. Averroes (İbn Ruşd) sübut edirdi ki, Aristotel məntiqi, xristianlığı bir cəfəngiyat kimi göstərir.
Akvinas gizli tarixdə açar şəxsiyyət idi, çünki onun Averroes üzərində böyük intellektual qələbəsi, Avropanın bir neçə yüz il bundan əvvəl elmi materializmə düçar olmasının qarşısını almışdı. Akvinas ilk dəfə çörək və şərabın bir substansiyadan (İisus Xrist axırıncı şam yeməyində şagirdlərinə çörəyin onun bədəni, şərabın isə onun qanı olduğunu demişdi) digərinə keçməsi barədə doktrinanı formalaşdırdı. Onun yazdığı kimi, bu əlkimyəvi proses olmaqla, onda çörək substansiyaları dəyişilir və paralel substansiya dəyişilməsi prosesi həm də insan bədənində gedir. Messa heç də ağılı tam yeni çərçivəyə gətirmir, yeni tərif bunu daha yaxşı edir, yalnız həyatı fizioloji dəyişmə kimi xarakterizə edir. Akvinas bu doktrinanı irəli sürəndə, həmin dövrdə Qraal da geniş şəkildə dolaşırdı. Onlar müxtəlif metodlarla eyni prosesi təsvir edirdilər.
Rocer Bekon Akvinasla düşmən olması ilə yanaşı, belə bir alimi Aristoteli yalnız tərcümədə oxuya bildiyinə görə ələ salırdı. Onların hər ikisi Eranın böyük impulsunu təmsil edirdi.
Bekon deyirdi ki, “eksperimentsiz heç nəyi bilmək mümkün deyildir”. 1250-ci illərdə Oksforddakı gənc alim Rocer Bekon ondan xeyli əvvəl Pifaqorun etdiyi kimi qərara aldı ki, bilməli olduğu hər şeyi o bilməlidir. O, istəyirdi ki, Harun ər-Rəşidin sarayında tanınan bütün amilləri bütünlüklə öz ağlına toplasın. Bekon Fransiskan idi, bu ordenin yaradıcısı kimi o da kasıblar üçün, mülkiyyəti olmayanlar üçün daha yaxşı, təmiz və rəhmdil bir dünya arzulayırdı.
Bekon “Əlkimyanın güzgüsü” adlanan traktatını yazmışdı, Kabalanın böyük alimi Müqəddəs Ceromun dediyini yada salırdı: “Sən tam ağıla sığmayan, imkanın bağladığı bağlardan uzaqda olan çox şeyi tapacaqsan, bu onların hamısı üçün düz olandır”.
1274-cü ildə Florensiyada yaşayan gənc Dante ilk dəfə gözəl Beatriçanı gördü. Bu ilk baxışdan məhəbbət idi, həmçinin ilk vaxt idi ki, kimsə ilk görüşdən vurulur. Gizli cəmiyyətlərin salnaməsində bu böyük və mühüm tarixi həqiqətdir. Pindarin və Sapfonun (qədim yunan lirik şairi və şairəsi) odaları romantik sevginin ifadələri idi.
Dante “Komediya”sında (ölümündən sonra bu poema “İlahi komediya” kimi məşhurlaşdı) o qızın gözləri tərəfindən bu bütünlüklə udulan varlığın sensasiyasını təsvir edir və deyir ki, o gözlərdən götürdüyü məhəbbət yükü onu cənnətə apardı. Yenə də bu heç də sadəcə poetik təxəyyül deyildi. Dante və Beatriça başqa adamlarla ailə qurdu və bu qız gənc yaşında həyatdan getdi. Biz bu gün romantik məhəbbət barədə onun mistik kədər və tale hissi ilə düşünürük. Belə hissiyyatın bütünlüklə İslamın mistik qıcqırmasından çıxarıldığı güman edilə bilərdi. Sufi təriqəti əvvəllər heç vaxt yaşanmayan hissiyyatı ifadə edirdi və beləliklə, hər kəs üçün şərait yaradırdı ki, bunu özü hiss etsin.
(Ardı var.)
 Telman Orucov



Bu yazı ( 425 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar