12px14px16px18px

Dünyanın gizli tarixinin mükəmməl tədqiqat təşəbbüsü

Telman Orucov

(Conatan Blekin “Dünyanın gizli tarixi” kitabı barədə qeydlər)

03:41 / 02.07.2011
 
(Əvvəli ötən şənbə saylarımızda)

 
Pifaqor. Böyük Aleksandr.

Brahminlər.
Pifaqor isə inkişaf edən yunan adası olan Samosda b.e.ə. 575-ci ildə anadan olmuşdu, bu vaxt Afina Akropolunun yüksəkliyinə ilk mərmər lövhələr döşənmişdi. Pifaqor öz ömründə yarımallah kimi sayılırdı. O, böyük təbib idi, bəzən böyük şair bildiyi Homerdən xüsusi şer parçalarını əzbər söyləyirdi, necə ki, xristian mistiklər “Zəburlar” dan və İoannın “İncil”indən bəndlər söyləyirdilər. O, xəstələri sağaltmaq üçün musiqidən istifadə edirdi. Erkən Yunan filosofu Etnpodoke deyirdi ki, Pifaqor xəstəni sağalda və qocanı cavanlaşdıra bilirdi. Budda kimi o, öz son inkarnasiyasını xatırlaya bilərdi. Və hətta deyirlər ki, o, bütün dünyanın tarixini başlanğıcından söyləyə bilərdi. Onun müdrikliyi Sirli məktəblərdə illər boyu tədqiqat aparmasına və müqəddəs saymağa dəfələrlə özünü həsr etməsi idi. O, 22 il ərzində Misir müqəddəs sayma keşişlərinin sirlərini öyrənmişdi. Pifaqor 532-ci ildə Samosun diktator hökmdarının çirkin əməllərini hiss etməyə başladı və sürgünə yollanmağa məcbur edildi. O, İtaliyanın cənubundakı Krotonada yaratdığı bir neçə kiçik icmalarından birincisini təşkil etdi. İcmaya üzv olmağa namizədlər bir neçə il məşq edirdi, bura qəribə xüsusiyyətli pəhriz də daxil idi. Bu pəhrizdə istiotdan, küncütdən, xiyar toxumundan, yabanı baldan, çiçəklərdən və dəniz soğanının dərisindən istifadə olunurdu, onların bütöv şirəsi çıxardılırdı. Bu gimnastikanın ən yüksək fazası olmaqla, üç insan bədənini- maddi, bitki və heyvan bədənlərini harmoniyaya gətirmək yolu idi və namizədlərdən tələb olunurdu ki, illər ərzində axıra qədər dinməz qalsınlar.
Pifaqor öz şagirdlərinə ruhi dünyanı yaxşı görmək biliyi verməyə qadir idi, bunu onlara izah edirdi. Bunlardan əlavə ilk müzakirə olunan təlim matematika, həndəsə, astronomiya və musiqi kimi meydana çıxdı. Öz dövründə Pifaqora demişdilər ki, yalnız insan oğlu Yer kürəsinin musiqisini eşitməyə qadirdir, o müxtəlif notların tərəzisi kimidir, onların hər birini isə məkanda hərəkət edən yeddi planet düzəldir.
Bir dəfə Pifaqor şəhərdə gəzəndə o, metalın zindana döyüldüyünü eşitdi. O, gördü ki, müxtəlif ölçülü çəkiclər müxtəlif səslər əmələ gətirir. Evə qayıdanda o, otağının yanında ağac lövhə qurdu və ona artan çəkidə ağırlıqlar asdı. Sınaq və səhv etmə prosesi vasitəsilə o, müəyyən etdi ki, insan qulağında səslənən gözəl musiqi notları müxtəlif ağırlıqlardan asılıdır. Sonra o, hesabladı ki, onların biri riyazi dəqiqlik qaydasında digərinə mütənasibdir. Pifaqorun həmin hesablamalarından bu gün bizim başa düşdüyümüz və həzz aldığımız musiqi oktavaları çıxarılırdı.
Sirli məktəblərin təlimi şəhərləri tikməyə, elmin və texnologiyanın inkişafına, zahiri Dünyanın quruluşuna və nizamlanmasına kömək etməli olan rasional tərəflə əlaqədədir. Plutarx demişdi ki, kim yüksək həqiqətləri bilirsə, belə nəticəyə gəlir ki, cəmiyyətin “ciddi” vəzifələrini ciddi qaydada qəbul etmək çətindir. O, Heraklitdən “Əbədilik oynayan uşaqdır” sitatını gətirmişdi.
 Pifaqorun şagirdləri cəmiyyətdən ayrı yaşamağa öyrədilirdi, musiqi ekstazı ilə intellektual analizlər arasındakı alternativi seçirdilər. Pifaqor ilk adam idi ki, özünü müdrikliyi sevən adlandırırdı, bu da yunanca “filosof” (hərfi mənada bu söz “müdrikliyi sevən” deməkdir) adlanırdı. Onu təqlid edən Sokrat və Platon kimi o, müasir universitet professorlarından daha çox maqlara yaxın idi. Onun şagirdləri ondan qorxu hissi keçirirdilər. İnanırdılar ki, əgər, istəsə onları yatırtmaq gücünə malikdir və onların oyaq şüurunu uzaq məsafədən də döndərə bilir. Pifaqoru özünün daxili siklindən xaric edilənlərdən çıxan ölümcül qəzəb cəzb edirdi, buna görə o, Siron adlı adamı öz Sirli məktəbinə qəbul etməkdən imtina etdi, səbəbi isə onun düşünülməmiş davranışı, özünü təkəbbürlü aparması idi. Siron kütləni Pifaqora qarşı qaldırdı. Adamlar Pifaqorun öz ardıcılları ilə görüşdüyü binanı, onun içərisinə girib yandırdılar. İçəridə olanların hamısı öldü.
Pifaqor erasında dünyanın iki müxtəlif tərəfində digər filosoflar- Yunanıstanda Heraklit və Çində Lao-Tszını qısa müddətdə tarixin səthinə çıxdılar. Onlar rasionallığı, həyatın irrasional ölçüsünü müəyyən etməyə çalışırdılar. Heraklit demişdi: Biz eyni axına iki dəfə girə bilmərik.
Belə bir əhvalat vardır ki, Konfutsi Lao Tszını görməyə yollandı və ondan özünün həsr edilməsini xahiş etdi. Lao-Tszı isə qüruruna görə gənc Konfutsini məzəmmət etdi. Onu geri qaytardı, ehtiramsız davranışı ilə həddən çıxan ambisiyasının qarışığına görə onu ələ saldı. Bu yəqin ki, dəqiq olmayan əhvalatdır, lakin vacib bir həqiqət kimi onu göstərir ki, Konfutsiçilik və Daosizm Çində ekzoterik təlimləri təşkil edir.
Konfutsi ənənəvi sirr olmayan Çin müdrikliyini toplamağa uzun illər sərf etmişdi və bu kolleksiyalar sonralar Çin liderləri tərəfindən hökumət üçün rəhbərlik təlimatına çevrilmişdi. Konfutsinin sözləri yüksək dərəcədə müdrik idi. Min illik səyahət bir addımdan başlayır. Tapşırığın qiyməti mükafatdan da artıqdır. Əgər sən öz məqsədinə çata bilmirsənsə, məqsədlərini qaydaya qoy. Belə qaydada onun fikirləri davam edir.
Afinada biz azadlıq istedadını, fərdi fikiri görürüksə, Spartada fərdi iradənin inkişafını, qəhrəmana sitayişin, güclü adamlar nöqteyi-nəzərindən rəqabət həddini və məğrurluğu görürük.
Bütün yunan Sirli məktəblərindən ən məşhuru Afinadan bir neçə mil arasındakı Elios kəndində yerləşirdi. Romanın, özü də həsr olunmuş olan dövlət xadimi Tsitseron deyəcəkdi ki, Eliosian Sirləri və ondan çıxanlar Afinanın sivilizasiyalı dünyaya verdiyi ən böyük fayda idi. Elios “Elauno” sözündən əmələ gəlmişdi, “mən gəlirəm” mənasını verirdi, bu isə o demək idi ki, “Mən yaranmışam” . Biz Pifaqordan da bilirik ki, Süd Yolu da nəhəng çay və ruhların kütləsi kimi nəzərdə tutulur.
Dinin neqativ olması, hətta dünya tarixinə destruktiv təsir göstərməsi barədə deyilən sözlər bayağı səslənir. Dini müharibələr, İnkvizisiya, elmi fikirin boğulması və məhdud patriarxal münasibətlər dəfələrlə dilə gətirilir. Bunu xatırlamaq yerinə düşər ki, bəşər mədəniyyətinin bəzən ən böyük şərəfli şəxsiyyətləri məhz Sirli məktəblərdən öz mənbəyini götürmüşdür, bunlar isə qədim dünyadakı mütəşəkkil dinin mərkəzi hissəsi idi. Təkcə heykəltəraşlıq və drama deyil, həmçinin fəlsəfə, matematika və astronomiya siyasi və tibbi ideyalar kimi bu dini institutlardan yüksəlmişdi. Hər şeydən əlavə, Sirli məktəblər şüurun təkamülünə təsir göstərmişdi.
Yevripid öz pyesində yazırdı ki, “Burada yalnız bir şey vardır ki, o, bütün həyat sınaqlarından çıxa bilər – bu gizli şüurdur”.
Biz qədim yunan pyesinə baxanda katarsis (Aristotel tərəfindən faciə barədə təlim termini kimi tətbiq edilmişdir: tamaşaçının hala acımaq prosesində keçirdiyi ruhi cəhətdən boşalmasıdır) vasitəsilə təmizlənirik. Yunan dramaturqlar öz auditoriyalarına elə təcrübə verirdilər ki, bu bəzi cəhətcə özünü həsr etmə təcrübəsinə bənzəyirdi və onun işləmək qaydası insan təbiətini anlamağa əsaslanırdı, bu isə mahiyyətcə müqəddəs sayma idi.
Sokrat öləndən sonra onun şagirdi Platon yunan fəlsəfəsində aparıcı şəxsə çevrildi. Onun “Dialoqları” idealizm adlanan fəlsəfənin ən böyük ifadəsi oldu. Gizli tarixdə isə hər kəs dünyanı idealistik qaydada öyrənir. Heç kəs soruşmur ki, obyektlərə nisbətən reallıq formalarından ideyalar yüksəkdirmi?
Hər kəs düşünmədən, instinktiv olaraq buna inanır. Platonun şagirdi Aristotel isə bu gün aparıcı rol oynayan materializmə aparan tərəfə fəlsəfi bir sıçrayış etdi.
B.e.ə beşinci əsrdə Afina və Sparta arasında ağalıq etmək naminə müharibə getdi. Dördüncü əsr onların hər ikisinə II Filippin hökmranlıq etdiyi Makedoniya qalib gəldi. Plutarx qeyd edir ki, Filippini oğlu Aleksandr b.e.ə. 356-cı ildə, lunatik Herostrat tərəfindən Efesdəki Artemida məbədi yandırılan gün anadan olmuşdu. Sirli məktəbin ruhu Aleksandr doğulanda ona daxil olmuşdu. Aleksandr bütün həyatını öz daxilindəki bu ilahi elementi öyrənməyə, tanımağa həsr edəcəkdi.
Filipp həmin dövrün ən böyük zəkası olan adamı öz oğluna müəllim tutdu, bu Platonun ən böyük şagirdi Aristotel idi. Aleksandr və bu yaşlı adam bir-birlərində xoş ruhu gördülər. Aristotel maddi dünyanın məlumatlarını toplayıb, təsnifləşdirmişdi. O, fiziki qanunlarla abstraksiya (Əşyaların bəzi xassələrindən və onlar arasındakı münasibətdən fikrən uzaqlaşma) metodu qaydasında işləyirdi. Buna görə də təbiətin ölçüsünün gizli qüvvələrini təsvir etdikdə, bütünlükdə yeni və müasir yalanları icad etməyə qadir idi. Aleksandr dünyanın o vaxta qədər görmədiyi ən iri imperiyanı yaratmışdı. Bu o vaxt Aristotel fəlsəfəsi üçün bir vasitəyə çevrilmişdi.
Oğlunun iyirmi yaşı olanda Filipp qətlə yetirildi. Lakin tezliklə Aleksandr özünü dahi hökmdar və məğlubedilməz hərbi sərkərdəyə çevirdi. B.e.ə. 334-cü ildə o, ordusunu Asiyaya apardı, İss döyüşündə persiyalıları məğlub etdi, baxmayaraq ki, axırıncıların döyüşçülərinin sayı onun birə nisbətində makedoniyalılarınkından çox idi. Sonra o, Suriya və Finikiyadan keçməklə Cənubu tutdu, sonra isə Misir işğal edildi. Burada o, Aleksandriya şəhərinin əsasını qoydu. Hər yerdə o, yunan modelində şəhər-dövlətlər yaradırdı, yunan siyasəti ilə birlikdə yunan fəlsəfəsini də yayırdı. Bu Aleksandrın yenicə inkişaf etmiş şüuru xilas etmək missiyasının bir hissəsi idi.
B.e.ə. 331-ci ildə Aleksandr persiyalıları yenidən məğlub etdi, onların qədim paytaxtı Persepolisi dağıtdı, sonra isə Əfqanıstana və axırda Hindistana atıldı. Burada o, Brahmin filosofları və Rişilərin törəmələri ilə fikir mübadiləsi apardı. Müqəddəsləri, Brahmin həsr edilmə mərasimlərini müşahidə etməyə gəldikdə, Aleksandrın öz keşişləri bu mərasimlərin özlərininki ilə necə oxşar olduğuna məəttəl qalmışdılar.
Belə bir əhvalat vardır ki, Aleksandr yunan filosofunu göndərdi ki, Brahmin müəllimini onun yanına çağırsın, ona böyük ənamlar vəd etdi və əgər imtina etsə, boynunu vuracağı ilə onu hədələdi. Filosof çox yol getdikdən sonra Brahmini meşənin dərinliyində tapdı və ondan özünün gözlədiyindən də sərt cavab aldı: “Brahminlər heç vaxt nə ölümdən qorxmurlar, nə də qızıla sahib olmağı arzu etmirlər. Biz meşə yarpaqlarının üstündə dərin yuxu ilə dinc şəkildə yatırıq. Əgər biz hansısa maddi mülkiyyətə sahib olsaydıq, bu bizim yuxumuzu yalnız narahat edərdi. Biz yerin səthi ilə münaqişəsiz olaraq sərbəst hərəkət edirik və bizim bütün ehtiyaclarımız, uşağını döşlə əmizdirən ana tərəfindən ödənilir.”
Bu cavab Aleksandr üçün kürəyindən vurulan zərbə xarakteri daşıyırdı. Öz həyatının sonuna yaxına qədər elə görünürdü ki, heç kəs onun yolunu kəsə bilməz. Tarixdə yalnız az halda baş verən kimi, fərdi olan şey bütün dünyanı onun iradəsinə təslim etməyə qadir olan kimi görünürdü. Aleksandrın bütün həyatı onun ilahi gücünün mənbələrini anlamağın axtarışı kimi görünürdü. Müxtəlif vaxtlarda Perseyin və Herkulesini müxtəlif ənənələrə müvafiq olaraq onun əcdadları olduğu iddia edilmişdi. Aristotel Aleksandra Homerin “İliadası”nın bir nüsxəsini vermişdi. O, bu əsəri əzbər öyrənmişdi və özünü bəzən Axillesə bənzəyən yarımallah kimi görürdü.
(Ardı var.)
Telman Orucov



Bu yazı ( 474 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar