12px14px16px18px

Dünyanın gizli tarixinin mükəmməl tədqiqat təşəbbüsü

Telman ORUCOV
07:45 / 11.06.2011
(Conatan Blekin “Dünyanın gizli tarixi” kitabı haqda qeydlər)


Zaratustra. Krişna. Misir və Şumer sivilizasiyaları

Zaratustranın dövrü barədə müxtəlif fikir məktəbləri vardır. Bəzi qədim dünya yazıçıları onu təqribən b.e.ə. 5000-ci ilə aid edirlər. Bu vaxtı Plutarx kimilər isə b.e.ə. 6000-ci il tək göstərirlər. Bu yenə də bir neçə Zaratustranın olması faktı ilə əlaqədardır. Zoroastrizm ənənəsinə görə İblis Əhrimən kimi şər qüvvələrə başçılıq edirdi. Kosmosa demonların orduları hücum çəkmişdi, ona görə də göy qaranlıqlaşmışdı. Demonlar özlərini insanların arasına və ruhi iyerarxiyanın yüksək eşelonlarına da soxmuşdular.
Biz yuxuya girəndə heyvan şüurunu itiririk. Gizli cəmiyyətlərin təlimində heyvan şüuru – və ya ruh-yatandan sonra bədəndən çıxan kimi təsvir edilir. Bu iki başlıca nəticəyə malikdir. Birincisi, heyvan elementi olmasa bizim bədənimiz bitki vəziyyətinə qayıdardı. Biz möhkəmlənmiş kimi oyanırıq. İkincisi, bədənin sensor (mərkəzə qaçan əsəb lifləri) qavramasını tərk edib, ruh şüurun alternativ vəziyyətinə daxil olur. Yuxu görəndə bizə mələklər, şeytanlar və ölülərin ruhları müraciət edir. Dərin yuxuda Üçüncü Göz açıla bilər və o ruh dünyalarının içərisinə baxa bilər, lakin oyandıqda, biz bunu unuduruq.
Bir neçə illik sürgüngən sonra gənc Zaratustra İrana dönmək ehtiyacı hiss etdi. Sərhəddə o, görünmə sezdi. Ruhun nəhəng parlayan varlığı onu qarşılamağa gəlmişdi və ona, öz arxasınca getməyi tapşırdı. Zaratustra ruhun nəhəng doqquz addımına görə doxsan addım atmalı idi. Bu vaxt ruh bütün daş yeri süpürürdü. Zaratustranı təmiz, qayalar və ağaclarla örtülmüş yerə gətirdi. Burada bənzər ruhların yerdən yuxarı pərvazlandığı digər altı dövrə var idi. Bu işıq verən məclis Zaratustranı salamlağa döndü və onu özlərinə qoşulmaq üçün fiziki bədəni tərk etməyə dəvət etdilər. Bunlar Günəş ruhları idi və bu vaxt Zaratustranı onun öz missiyası üçün hazırlayırdılar. Birincisi, onlar dedilər ki, o, yanmadan alovun içindən keçməlidir, ikincisi, onun döşünə əridilmiş qurğuşun tökdülər, bu Əhrimənin metalı idi. O, sakitcə əzab çəkirdi. Zaratustra qurğuşunu öz sinəsindən götürdü və danışmadan bunu onlara verdi. Üçüncüsü, onlar onun bədənini yarıb, öz daxili orqanlarının sirlərini ona göstərdilər.
Zaratustra saraya döndü və böyük ruhların vəhylərini moizə etdi. O, çara dedi ki, dünyanı yaradan Günəş ruhları onu dəyişdirmək üzərində işləyirlər və bir gün dünya işığın geniş bədəni olacaqdır. Lakin əyanlar Zaratustranı dustaqxanaya atdırdılar. O, zindandan qaça bildi, həm də qətlə yetirilməyindən xilas oldu. O, şər qüvvələrə qarşı bir neçə döyüşdə vuruşdu. Sonra o, cadugərin arxitipinə çevrildi, bu vaxt Zaratustra təhlükəli idi, bəzi vaxtlarda narazı adam olurdu, odu odla vuruşdurmağa hazırlayırdı. O, öz ardıcıllarını Əhrimənin demonlarını qarşılamağa hazırlayırdı. O, deyirdi ki, kimsə ölümdən qorxursa, o, artıq ölüdür. Qorxudan çıxmaq hədlərini təcrübədən keçirməklə, özünü həsr etməyə hazırlayırdı, çünki ən pis şey baş verə bilərdi, özü də həm həyatda, həm də ölümdən sonra. Bədəni tərk etmə hərəkəti ilə həsr olunmağa namizəd, ölümün son olmadığının hansısa şübhə mümkünlüyündən uzaqda olduğunu bilirdi.
“Pantancali Yoqa Sutranları”nda, (Yoqa qədim Hindistanın fəlsəfi-dini təliminin tərkib hissəsi olmaqla, psixikanı və orqanizmin fizioloji proseslərini idarə temək yolu ilə insanın, maddi mövcudluq buxovlarından azad olunmaq və özünü dərk etmək vasitəsidir, metodlar məcmusudur. Sutra isə qədim hind fəlsəfəsi, dini, elmi və hüquqi traktatlarıdır).
“Pantancali Yoqa Sutranları”nda, deyildiyi kimi dünya daha təhlükəli yerə çevrildi, o həm müdafiə və həm də hücum üçün istifadə edilməli idi. İnsan təbiətinin bitki hissəsi çox funksiyalı idi, bura yaddaşı saxlamaq da daxil idi. Bitki hissəsi maddi qüvvədən ayrıldı, hər ikisi öz tərkib hissələrinə parçalanmağa başladı.
Ay sferasından ayrılmış ruh Merkuri səltənətinə doğru yuxarı uçmağa başlayır, oradan Veneraya tərəf, sonra isə Günəşə doğru gedir. Qədim mətnlərdə özünü həsr etmişlərə, hər bir sferaya girişi mühafizə edən ruhların gizli adları, bəzi hallarda isə əl verməklə salamlaşmaq barədə məsləhət, həmçinin başqa əlamətlər də deyilirdi. Bütün qədim dinlərdə insan ruhuna yeraltı dünyada bələdçilik edən və demon mühafizəçilərdən sonra yol barədə danışıq aparmağa kömək edən varlıq Merkuri planetinin allahıdır. Ruhun sonrakı hissələri də göy sferasından keçib yuxarı qalxdıqda yolu işıqlandıran bələdçi isə Lutsifer idi.
Bir çox əhvalatlar göstərir ki, həyat və həyatdan sonrakı aləm planetlər və ulduzlar tərəfindən idarə olunur. Müxtəlif sferaların mühafizəçiləri yuxarıya və aşağıya gedən yollarda dururlar. Əgər bu təlimlər fərdi ruha kifayət qədər həkk olunmuşdursa, bu bütünlüklə ruhu, yeni inkarnasiya üçün yüksək ruhi varlıqlarla birlikdə şüurlu iştiraka hazırlayacaqdır.
Krişnanın anası hələ bakirə qız olanda Günəş allahı insan şəklində saysız-hesabsız işığın şəfəqlərində onun yanına gəlmişdi. Krişna doğulanda isə mələk anaya demişdi ki, qardaşı Kansa onun uşağını öldürməyə cəhd edəcəkdir, ona görə də qoy ana, saraydan qaçıb Meru dağının ətəyində çobanlar arasında yaşasın. Dayısı uşağı öldürmək üçün qırmızı kəkilli ilan göndərdi və Krişina onu ayağı ilə tapdalayıb öldürməyə qadir idi.
Krişinanın çox titulları arasında “İnək naxırçısı” və “Sağıcıların Sahibi” də var idi. O, sadə kəndli həyatı sürürdü. Yerli sağıcıların hamısı bu boylu-buxunlu gəncə vurulmuşdu. O, fleyta çalmağı və sağıcılarla eşq rəqsini etməyi sevirdi. Ona vurulmuş sağıcılarla rəqs edəndə, qızların hamısı onun əlindən tutmaq istəyirdi, ona görə də o, özünü çox sayda olan formalara salırdı ki, hər qız əmin olsun ki, həqiqi Krişinanın əlini məhz onun özü tutmuşdu. Krişna bir çolaq qızı sağaldıb, onu gözəl etmişdi. Həm də o, özü kasıb kənd adamı kimi yaşayırdı.
Nəhayət Krişina bütün maskalarından imtina etməyi qərara aldı. O dayısının şəhərinə yenidən girəndə, özünü əhalinin xilaskarı elan etdi. Kansa oxatanları onu şəhid etdilər. Krişinanın ölümü ilə Qaranlıq Era başlandı. Frimasonlar Kali Yuqanın – Qaranlıq Eranın sonunun yaxınlaşmasını Qərb dünyasının böyük şəhərlərinin mərkəzində nəhəng abidələr dikəltməklə xatırlayırlar. Səpələnmiş qaranlıqda işıq gəlib çıxdı. Krişina ölən kimi digər böyük şəxsiyyət yaşa doldu, işıq gəzdirən doğuldu, necə ki, üç min il sonra İisus Xrist inkarnasiya edəcəkdi.
Bizim eradan əvvəl üçüncü minillikdə Çin xalqı tayfa qaydasında yaşayırdı, köçəri mövcudluq keçirirdi. Onların düşərgələrindən birində qeyri-adi bir şəxs doğuldu. Min illər sonra göyün digər yüksəltdiyi varlıq, yerə düşdü, bu İusus Xrisitin inkarnasiyası üçün idi. Beləliklə, bu vaxt həmçinin Lutsifer də yenidən doğuldu. Lutsiferin doğulması müdrikliyin başlanğıcı idi.
Orfey ədədləri icad etmişdi. Lakin Orfey erasında ədədlər barədə ruhi mənanı nəzərə almadan düşünmək mümkün deyildi. Lutsiferə görə hansısa bir simvolik əlaqə kimi mənasız düşünmək mümkün oldu. Adamlar bu vaxt ölçməkdə, hesablamaqda və inşa etməkdə sərbəst idilər. Misir çarı Coserin vəziri İmhotep “qurucu heykəltəraş və daş vazalar düzəldən” kimi tanınırdı. O, həmçinin “Baş müşahidəçi” idi, bu isə Misirdə ən yüksək keşiş titulu idi. Bəzi hallarda bu, ulduzları örtən örtüyü hörən kimi başa düşülürdü. İmhotep qədim dünyada həm məşhur qurucu, həm də Pilləli piramidanın axtitektoru idi. Böyük Piramidanı yaratmaq isə daha qeyri-adi, demək olar ki, möcüzəli bir iş idi. Gizli tarixə müvafiq olaraq, bu, ilk Misir tikilisi idi. Şərti tarixçilər belə güman edirlər ki, misirlilərin lövcalıqdan xəbər verən tikintisi “mastaba” adlanan sadə birmərtəbəli sərdabələrdən başlayıb, Pilləli piramidadan keçərək öz kulminasiyasını mürəkkəb Böyük Piramidada tapdı.
Gizli təlimdə Böyük Piramida b.e.ə. 3500-ci il illərdə Misirdə və Şumerdə böyük sivilizasiyaların əsası qoyulduqdan əvvəl tikilmişdi. Bu elə vaxt idi ki, əvvəllər də mövcud olmuş konstruksiyalar daş dövrələrdən və digər “dövrə şəkilli” abidələrdən ibarət idi.
Böyük Piramida şərti olaraq sərdabə idi. Gizli tarix nöqteyi-nəzərindən bu anaxronik izah idi. Bu həmin vaxt bir universal inam idi ki, bütün insan ruhları ölümdən sonra planetar sferalardan keçərək ulduzlara doğru səyahət edirlər. Böyük Piramida nəhəng yenidən doğulma maşını idi.
Misir sivilizasiyası bəşər təkamülündə yeni böyük impulsu təmsil edir, bu materiyanın maya və ya illyuziya olduğunu öyrədən Şərq sivilizasiyasından fərqlidir. Misirlilər Qərbin böyük spiritual missiyasının başlanğıcını qoydular, bəzən bu əlkimya, Sufizm, Frimasonluq və digər hər yerdə olan gizli cəmiyyətlərdə isə İş adlanır. Böyük Piramida bu sübutun ilk təzahürü idi.
Misir sivilizasiyasının qalxması ilə eyni vaxtda Dəclə və Fərat çayları arasında Şumer sivilizasiyası yüksəlməyə başladı. Şumerin ilk şəhərlərindəki ailə evlərində əcdadların və aşağı allahların heykəlləri var idi. Kəllə bəzən kiçik ruhun yaşaya biləcəyi “ev” kimi saxlanırdı. Bu vaxt daha böyük ruh şəhərin mənafelərini himayə etməklə, “allah evində” yaşamaq üçün saxlanırdı. Bu, məbəd kompleksinin mərkəzindəki tikili idi. Bu şəhərlər böyüdükcə allah evləri də böyüyürdü, o vaxta qədər ki, onlar ziqquratlara, iri pilləli piramidalara çevrilirdi.
Bir qayda olaraq onlar saman( çiy) kərpicdən tikilirdi. Hər bir ziqquratın mərkəzində iri otaq var idi və orada allahın heykəli məskunlaşırdı. Otağa qiymətli metallar və daş-qaş qoyulurdu və o gözqamaşdırıcı parçalarla bəzədilirdi.
Mixi mətnlərə görə, Şumer allahları yeməyi, içməyi, musiqini və rəqs etməyi sevirdilər. Yeməklər masa üzərində qoyulurdu, sonra allahlar tək buraxılırdı ki, onları yesin. Bir müddət keçdikdən sonra keşişlər otağa gəlir və qalan hər şeyi yeyirdilər. Allahlar həmçinin yatmaq üçün çarpayıya ehtiyac duyurdular. Bəzi intim məqsədlər üçün onlar yuyunur, geyinir və ətirlənirdilər.
Şumer sivilizasiyasının böyük qəhrəmanı Qilqameş Uruk çarı idi. onun əhvalatı səfehliklə dolu idi. O, müstəsna emosiyaya, narahat olmaqla dəlilik xüsusiyyətlərinə malik idi. Gənc çar barədə əhvalatın başlanğıcında, o, “buynuzla vuran öküz” adlanırdı. Dağ keçidlərini açır, quyular qazır, tədqiqat aparır, döyüşə yollanırdı. O, digər adamların hamısından güclü idi, gözəl və igid olmaqla eşq düşkünü idi, heç bir bakirə qız ondan yayına bilmirdi, – lakin tənha idi. O, hansısa bir dosta malik olmağı ürəkdən arzu edirdi, elə biri ilə dost olmaq istəyirdi ki, ona bərabər olsun.
Beləliklə, allahlar Enkidunu yaratdılar. O, Qilqameş kimi güclü idi, lakin vəhşi idi, bütün bədəni tüklərlə örtülmüşdü. O, vəhşi heyvanların arasında yaşayır, onların yediklərini yeyir, çaylardan su içirdi. Bir gün ovçu bu qəribə varlıqla meşədə üz-üzə gəldi və bunu Qilqameşə çatdırdı.
Qilqameş ovçunun söylədiyi əhvalatı eşitdikdə, ürəyində bilirdi ki, bu adam onun çoxdan gözlədiyi dostudur. O, əla plan tutdu. Məbəddəki fahişələrdən ən gözəlini təlimatlandırdı ki, çılpaq şəkildə meşəyə getsin, vəhşi adamı tapıb, onu əhlilləşdirsin. Qız onunla eşq macərasını yaşayanda, o, yaddan çıxardı ki, Qilqameş bundan xəbər tutacaqdır, axı onun evi təpədə idi. Enkidu vəhşi heyvanların yanına gələndə, onlar dəyişikliyi hiss etdilər və artıq onunla birlikdə gəzmədilər, ondan uzaq qaçdılar.
Qilqameş və Enkidu Urukda bazar meydanında görüşəndə, burada pəhləvanların güləş yarışı gedirdi. Bütün əhali tamaşaya baxmağa toplaşmışdı. Qilqameş Enkidunun kürəyini yerə vuraraq, ona qalib gəldi. Beləliklə, məşhur dostluq belə macəralar seriyasından başladı. Onlar panterlər ovlayır, sirr meşəsindən keçən yolu qoruyan monstru izləyirdilər. Onlar Göy öküzünü öldürəndə, Qilqameş onun buynuzlarını öz yataq otağının divarından asdı.
Lakin sonra Enkidu özündə təhlükəli xəstəlik hiss etdi. Qilqameş isə dünyanın qurtaracağındakı tavernada öz sonluğunu tapdı. Qilqameşin ölümü ilə böyük ziqquratlar dövrü baş verdi. Babil qülləsi əhvalatı, göyə qədər qüllə tikmək cəhdi bütün bəşəriyyəti birləşdirən vahid dilin itirilməsi ilə nəticələndi. Bütün xalqlar və tayfalar özlərinə məxsus olan ruha və bələdçi mələklərə bağlı oldular, onlar yüksək allahları nəzərdən qaçırdılar. Bu yüksək allahlardan yuxarıda və uzaqda isə böyük kosmos zəkası dururdu, oradan kainatın bütün müxtəlif hissələrinə bir tale verirdi. Ziqquratlar maddi mənalarda ölçməyin səhv cəhdini təmsil edirdi.
Babil qülləsini Ovçu Nimrod tikdirmişdi. Bibliyanın “Başlanğıc” kitabı Nimrodu yer üzünün ilk hökmdarı adlandırır. Arxeoloqlar müəyyən etmişlər ki, Nimrod Enmer-kar adlı tarixi şəxsiyyətdir, ona da Ovçu Enmer deyirdilər. O, Urukun ilk çarı olmaqla, qonşuluqdakı Aratta çarına məktub göndərib, ondan təzminat pulu tələb etmişdi. Qədim yəhudi ənənəsində Abrahamın hökmən doğulacağı barədəki peyğəmbərlik, Nimrodu körpələr kütləsinin qırmağa sövq etdi.
Bununla o, körpə uşaqların qurban verilməsi qaydasını yaratdı, onların bədənləri böyük tikililərin bünövrəsində basdırılırdı.
Telman ORUCOV




Bu yazı ( 453 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar