12px14px16px18px

Dünyanın gizli tarixinin mükəmməl tədqiqat təşəbbüsü

Telman ORUCOV
01:21 / 04.06.2011
(Conatan Blekin “Dünyanın gizli tarixi” kitabı haqda qeydlər)
İnsanlar bu vaxt səhv etməkdən, nəyisə seçməkdən və onunla əylənməkdən xali deyildilər. Bu artıq belə bir hadisə deyildi ki, insanlar öz bütün ruhi qidalanmasını Ana Yerin südlü, şirə ilə dolu olan döşlərindən alsın. Təbii hüquq və əxlaqi hüquq artıq heç də eyni şey deyildi. Adamlar yaşamaq üçün mübarizə aparırdılar və özlərini çox vaxt dözümlüyünün hədlərində uzanan kimi görürdülər. Onlar kəşf etdilər ki, irəli aparan yol daim ölüm təhlükəsi törədə bilərdi, lakin əgər bu yolu tutmasalar da, istənilən halda onlar öləcəkdilər. Bu vaxtdan onlar riskə getməli oldular. Bu risk nəyisə qiymətləndirməkdən ibarət idi. Uzaqda müəyyən nöqtə var idi, heç bir geri dönmə imkanı yox idi. Onlar kəşf etdilər ki, bu nöqtəyə çatmalıdırlar. Dünya qaranlığa büründü, paradoks məkanına çevrildi, burada əksliklər görüşürdü və bu insan üçün ağrılı idi, dünya isə qəhrəmanlığa çağırırdı.
Qədim yunan mifologiyasında əjdahanı öldürən qəhrəman Kadm öz bacısı Yevropanı axtarırdı. Yevropanı isə, özünü ağ öküz maskası altında gizlədən Zevs aparmışdı. Qəhrəman Kadm tütəyi götürüb çoban kimi maskalandı və yaralı Tifon üçün tütək çalmağa yollandı. Bundan əvvəl heç vaxt musiqi eşitməmiş Tifon yeni qəribə səsi eşitdikdə, trans vəziyyətinə düşdü. Kadma isə lirasının sınmış simi üçün vətər lazım idi. Tufan Zevsin vətərini ona verdi, axı o, ağzından od tüpürə bilirdi, Zevs onu ildırımla vurmaq istəsə də, buna nail ola bilməmişdi. Kadm öz çoban komasına geri qayıtmaq istədiyini dedi, orada o, öz lirasına sim çəkməli idi. Beləliklə, Zevs öz vətərlərini geri aldı, monstru təəccübləndirə və ona qalib gələ bildi. Mühüm cəhət orasındadır ki, Zevs yalnız qəhrəmanın köməyi ilə xilas oldu. Allahlar artıq insanlara möhtac idi.
Bu gün əgər biz gözəl qadına vurulmuşuqsa, gözəlliyi, böyük ruhi müdrikliyin əlaməti kimi yaxşı görə bilərik. Biz gözəl gözlərə baxanda, yəqin ki, ümid edə bilərik ki, burada həyatın özünün ən vacib sirrini tapacağıq. Herkulesin Deyaniraya, Ariadnanın Teseyə ya Yasonun Medeyaya məhəbbət əhvalatları göstərir ki, adamlar arasında ruhi əlavə artıq dumana bürünmüşə çevrilmişdir. Bu vaxt gözəlliyin gözlərinə baxmaq və orada gördüyümüzdən aldanmaq imkanı mövcud oldu.
Qədim insanlara görə, yer üzərində baş verən hər bir sadə şey ulduzların və planetlərin hərəkətləri ilə idarə olunur. Daha çox sayda hekayətlər bu “poetik” nümunələri, həqiqi və daha realistik mətnləri əmələ gətirdi. Bu qəhrəmanlar isə sadəcə metaforalar idi. Onlar monstrlarla və demonlarla vuruşanda, əks qüvvələr öz şəxsi varlıqlarını, pozulmuş insan canını, bəşər beyninin qaranlıq labirintini sirayətləndirirdilər. Lakin onlar həm də canı və qanı olan real monstrlarla vuruşurdular.
“Köhnə Vəsiyyət”də İöv yaxşı adam kimi xarakterizə olunur, o, bütün pullarını itirmişdi. Onun oğlanları və qızları öldü, o, tamamilə tənha qalmışdı. Bədəni taun çibanları ilə örtülmüşdü. Bu qaydada zərərli olanlar artırdı.
O, ilk bəşər varlığı idi ki, hətta ən vacib və həqiqi dərin fikir barədə düşünürdü. “Həyat ədalətsizdir” deyə düşünərək, İov itaətsizliklə, göylərə haray çəkirdi.
Dil bizi dünyanı dolaşmağa sövq etməyə qadir idi. Dil bizə fiziki mövcudluq adlandırandan geri çəkilməyə kömək etdi. Dil bizi üstünlüklərə apardıqca, dünyanı daha soyuq, daha qaranlıq və daha hiylə yeri etdi. O, həmçinin bizi qeyri-sağlam, az gümrah etdi. Beləliklə, dil özü ilə yeni növ şüur gətirdi. Bu vaxt dil İovu geri addım atmağa qadir etdi,o, şüurlu olmayanları nəzərə almağa başladı. Həyat ədalətsiz idi. Lakin Allah İovu belə az başa düşməyinə görə məzəmmət etdi: “Mən Yerin əsasını qoyanda sən haradaydın? Bəs dan ulduzları birlikdə şərqi deyəndə və bütün mələklər sevincdən qışqıranda? Dənizin mənşələrinə sən girmisənmi, yaxud dərinliyin dərinliklərində gəzmisənmi? Sənə ölümün qapıları açılmışdımı? Günəşin harada yaşadığını və qaranlığın haradan gəldiyini bilirsənmi?” İovu, biz gözəl yuxudan ayılmaq vaxtı malik olduğumuz hiss xilas etdi.
Bu gün “apokrif” sözü alçaldıcı bir assosiasiya daşıyır, əslində, isə gizlədilən – və ya ezoterik mənasını verir. (Apokrif Bibliya süjetli əsər olub, məzmunu heç də bütünlüklə rəsmi din təlimi ilə üst-üstə düşmür, ona görə də kimsə tərəfindən “müqəddəs” hesab edilmir və qadağan edilmişdir). Apokrif İov Vəsiyyətində o, nəyi bilməməsi şüuruna görə, itirdikləri barədəki şüuruna görə mükafatlanmışdı. İovun oğlanları və qızları ona qaytarıldı, qızları qızıl kəmər taxırdılar. Bir kəmər İova mələklərin dilini, ikincisi, dünyanın yaranmasının sirrini və üçüncüsü, Xeruvimin dilini başa düşmək qabiliyyətini verdi.
Musiqi, matematika və dil qəhrəmanlar arasında icad edildi, astronomiya da bu qəbildən idi. İlk daş dövrələr ulduzların və planetlərin mövqelərini nişan verirdi. Beləliklə, gizli tarixdə ilk dəfə böyük hadisələrin tarixlərinin qeyd olunmasına başlanması mümkün oldu. Gizadakı Şərq tərəfə baxan Sfinkin şir pəncələrinin arasındakı iri bir daşın üzərində belə yazı vardır: “Bu İlk Zamanın Gözəl Yeridir”. Bu sehrli kəlməni misirlilər zamanın başlanğıcına işarə kimi istifadə edirlər. Sfinks metamorfozalar erasının sonunu, bu gün bizim bildiyimiz bioloji formaların təbiət qanunları kimi qeyd olunmasını nişan verir. Misirlilər Sfinski “Hu” adlandırırlar, bu, “”himayə edən” mənasını verir. Bununla onlar demək istəyirlər ki, yaratmanın, törətmənin geri, köhnə yoluna hansısa sürüşməsinə qarşı mühafizəni həyata keçirirlər. Gizli cəmiyyətlərin təlimində biz ideyaların və təxəyyülün geniş okeanındakı materiyanın kiçik adasında yaşayırıq.
Platonun yazdığına görə Afinanın böyük dövlət xadimi və hüquqşünası Solona Misir keşişləri, böyük Atlantida adası haqqında danışmışdılar. Bu ada doqquz min əvvəl – b.e.ə.9600-cü ilə yaxın dağılmışdı. Atlantida həyat ümumən idilliya xarakteri daşıyırdı. Fakt orasında idi ki, həyat o qədər yaxşı idi ki, əhali uzun müddət ərzində buna dözə bilmədi və səbirsiz oldu, tənəzzülə uğradı və pozuldu, yenilik və qüvvə axtarmağa başladı. Beləliklə, Zevs onları cəzalandırmağı qərarı aldı. Adalar daşqına məruz qaldı, o vaxta qədər ki, yalnız kiçik adalar salamat qaldı, onlar da dənizə ilişib qalmış skeletə bənzəyirdi. Sonra nəticədə böyük zəlzələ bütün adaları bir gün və bir gecə ərzində uddu. Aristotel demişdi ki, “Platon təkbaşına Atlantidanı dənizdən yuxarı qaldırdı və sonra onu yenidən suya qərq etdi”. Atlantida bir neçə fəlakətli daşqınlarda əzab çəkdi, bir müddət sonra isə suda batdı. Nuh da altı gün davam edən daşqından xilas olmaq üçün gəmisində üzməyə məcbur olmuşdu.
Hindistan indiyədək spiritual biliyin, xüsusən də okkult psixologiyasına görə dünyanın ən böyük anbarı olaraq qalır. Bu gün də Hindistana səfər edən adamlar havanın indiyədək astrallıqdan (ulduz təsirindən) necə xışıldadığını hiss edəcəklər. Hətta nüfuzlu Sufi ənənəsi də çakraları öyrənməkdə hinduizm müdrikliyinə tərəf əyilir. Ramanın tacdan imtina etməsindən sonra, bu dövrdə heç bir böyük şəxsiyyətin ağalığı mövcud olmadı. Əgər Rama fəaliyyətdə olan qəhrəman idisə, o, monstrlarla vuruşmuşdu, uzun, təhlükəli macəralara yollanmış, şəhərlər salmışdı, onun varisləri isə bəzi hallarda Yeddi Müdrik adam və ya Rişilər adlanır. Onlar heç bir daş bina tikməmişdilər, palçıqdan olan binalarda yaşayırdılar. Rişiləri öz bildiklərindən başqa heç nə şirnikləndirmirdi.
Belə bir Kabalistik deyim vardır: “Sənin gördüyün hər bir şey, hər bir çiçək, hər bir quş, hər bir qaya öləcək və toza çevriləcəkdir, lakin sənin onları görməyin ölməyəcəkdir”. Bükülmüş ayaqlar üstündə oturan Rişilərin yalnız ayaqları yuxarı baxırdı, onlar heç bir cazibəni, maddi dünyanın, kiçildilərək geri atılması şərti ilə hiss etməyi arzu etmirdilər. Onlar bunun əvəzinə ruh dünyalarına istiqamətlənirdilər. Onlar yer üzərindəki işdə ruhi varlıqları görmək qabiliyyətinə malik idilər.
Onlar yazda toxumların rüşeym verməsinə, cücərməsinə, yayda güllərin çiçəklənməsinə, payızda ağacların meyvə gətirməsinə necə kömək etmələrini – toxumların qış vaxtı eyni ruhi varlıqlar vasitəsilə özlərinin necə saxlanmasını görə bilmirdilər. Rişilər nəhəng meh kimi ruhi təsirin qabarma və çəkilməsini təcrübədən keçirirdilər. Qədim hind sivilizasiyası aşağı Göy səltənətinə bənzəyirdi.
İndi İran adlanan ərazidə vaxtilə yeni böyük liderin anadan olacağı barədə söhbət gedirdi. Onun anası kiçik kənd təsərrüfatı icmasında yaşayırdı. Qış vaxtı görünməmiş taun xəstəliyi yayılmağa başladı. Bəziləri gənc qadını cadugərlikdə ittiham edirdi. Tufanların, taunun onun işi olduğunu iddia edirdilər. Hamiləliyinin beşinci ayında o, dəhşətli yuxu gördü. Gördü ki, əjdahalar, canavarlar və ilanlar nəhəng buluddan çıxıb, onun bətnindəki uşağı parçalamağa cəhd edirlər. Lakin monstrlar gəlib çıxanda, uşaq ana bətnində danışmağa başladı, anasını sakitləşdirdi. Sonra səs yoxa çıxdı və o, göydən enən işıq piramidasını gördü. Piramidanın aşağısında sağ əlində bükülü kağız tutan uşaq gəlirdi. Onun gözləri daxili alovla işıq saçırdı. Onun adı Zaratustra (Zərdüşt) idi.
(Ardı var.)
Telman ORUCOV



Bu yazı ( 431 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar