12px14px16px18px

Görkəmli Kırım-tatar ədibi Cengiz Dağcı vətən torpağına tapşırılıb

YAZIÇININ DOĞMA KƏNDİ QIZILTAŞDA KEÇİRİLƏN DƏFN MƏRASİMİNƏ TÜRKİYƏDƏN 200 NƏFƏRLİK YÜKSƏK SƏVİYYƏLİ NÜMAYƏNDƏ HEYƏTİ QATILIB

00:36 / 04.10.2011
Bu il sentyabrın 22-də Londonda dünyasını dəyişən görkəmli tatar yazıçısı və azadlıqsevər ictimai xadim Cengiz Dağcının cənazəsinin doğma kəndində dəfn edilməsi üçün Türkiyənin xarici işlər naziri Ahmet Davutoğlunun Ukrayna hökumətinin nümayəndələri ilə apardığı danışıqlar uğurla nəticələnib. Yazıçının cənazəsinin, onun 71 il öncə ayrıldığı Qurzuf yaxınlığındakı Qızıldaş kəndində dəfn edilməsinə icazə alınıb.
Cənazə oktyabrın 2-də Kırıma gətirilərək, Türkiyə Dəyanət İşləri başkanı professor Mehmet Görmezin imamlığı ilə Akmescid (Simferopol) Kəbir məscidində qılınan cənazə namazından sonra Qızıltaş kəndində aparılaraq, torpağa verilib.
Dəfn mərasimində Türkiyədən 200 nəfərlik bir heyət iştirak edib. Bu heyətdə Türkiyənin xarici işlər naziri Ahmet Davutoğlu, professor Mehmet Görmez, Böyük Birlik Partiyası genel başkanı Mustafa Destici, partiyanın keçmiş sədrləri Hasan Celal Güzel və Mehmet Sağlam, TİKA Başkanı Serdar Çam, Böyük Birlik Partiyasının keçmiş sədri mərhum Muhsin Yazıcıoğlunun xanımı Gülefer Yazıcıoğlu, professor İlber Ortaylı, millət vəkilləri, universitetlərin rektorları, ziyalılar və yazıçılar, Kırımdan Türkiyəyə köç etmiş ailələrin övladları təmsil olunublar.



Bu yazı ( 135 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar