12px14px16px18px

5 min il tarixi olan maddi abidələr tapılıb

01:41 / 26.08.2010
Balakən rayonu ərazisində aparılan arxeoloji qazıntılar zamanı 5 min illik tarixə malik məişət və dəfn mədəniyyətinə aid maddi abidələr aşkarlanıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədqiqatın hələ ilk mərhələsi olmasına baxmayaraq, arxeoloqlar tariximizin zənginliyini sübut edən xeyli dəlillər üzə çıxarıblar. Balakənin Qazmalar kəndinin “Qoztala” adlanan ərazisində aşkarlanan arxeoloji mədəniyyət qalığı torpaq təpə kurqan tipinə aiddir. Arxeoloqların fikrincə, burada Azərbaycanın qədim dövrlərinə dair kurqanaltı dəfn adəti izlənilə bilər. Kurqanaltı dəfn adətinin Azərbaycanda ən qədimi eramızdan əvvəl V minilliyə aid olub. Hazırda aparılan arxeoloji kəşfiyyat işləri zamanı kurqanın yerüstü hissəsindən sonrakı dövrlərə, xüsusən Qafqaz Albaniyasının mövcud olduğu zamanlara aid qəbirlər, daş qurğular, divar qalıqları aşkar edilib. Çıxarılmış keramika məmulatı Qafqaz Albaniyasının eramızdan əvvəl II, III, eramızın III və IV əsrlərinə aid sənətkarlığı, məişəti barədə əsaslı məlumatlar verir. Ərazidə arxeoloji tədqiqatlar davam etdirilir.


Bu yazı ( 413 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar