12px14px16px18px

Mixail Saakaşvili: “Gürcüstan 2014-cü ildə NATO-ya üzv olacaq”

00:46 / 23.05.2012 Gürcüstan prezidenti Mixail Saakaşvili ölkəsinin 2014-cü ildə NATO-ya üzv olacağına əmindir. APA-nın “İnterfaks”a istinadən yaydığı xəbərə görə, M. Saakaşvili bu açıqlamanı NATO zirvə toplantısının keçirildiyi Çikaqoda verib. “Növbəti sammitin 2014-cü ildə keçiriləcəyi gözlənilir və Gürcüstanın 3 Balkan ölkəsi ilə bərabər NATO-nun tamhüquqlu üzvü olmağa böyük şansı var. Mən heç vaxt indiki kimi buna əmin olmamışdım”.
Qeyd edək ki, sammitin yekun Bəyannaməsinin 3 müddəası Gürcüstana həsr edilib. Bəyannamədə bildirilir ki, Gürcüstan alyansın “aspirant”ıdır və mütləq təşkilatın üzvü olacaq. ABŞ dövlət katibi Hillari Klinton da sammitdəki çıxışında deyib ki, növbəti zirvə toplantısında hərbi-siyasi blokun genişlənməsi məsələsinə baxılmalıdır.















Bu yazı ( 78 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar