12px14px16px18px

Dmitri Medvedyev Rusiyanın baş naziri vəzifəsinə təsdiqləndi

01:20 / 09.05.2012
 Rusiya Dövlət Duması Dmitri Medvedevin baş nazir vəzifəsinə namizədliyini təsdiqləyib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Dövlət Dumasının dünən keçirilən növbədənkənar plenar iclasında D. Medvedyevin baş nazir postuna namizədliyinin təsdiqlənməsi üçün səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən D. Medvedyev 299 deputatın səsini toplayaraq baş nazir olub. 144 deputat isə D. Medvedyevin əleyhinə səs verib. Qeyd edək ki, D. Medvedyevin baş nazir vəzifəsinə namizədliyi yeni prezident Vladmir Putin tərəfindən irəli sürülüb. Qeyd edək ki, plenar iclasda Dmitri Medvedyev çıxış edib. O, Dövlət Dumasında təmsil olunan fraksiyaların tərkibində olan deputatların suallarını cavablandırıb. Daha sonra fraksiyaların nümayəndələri çıxış ediblər. Vahid Rusiya və Liberal Demokrat Partiyası fraksiyaları müzakirələrdən əvvəl D.Medvedyevin namizədliyini dəstəkləyəcəklərini bildiriblər. Kommunistlər və “Ədalətli Rusiya” (“Spravedlivaya Rossiya”) isə D.Medvedyevin əleyhinə səs verəcəklərini bəyan ediblər.


Bu yazı ( 138 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar