12px14px16px18px

Moskvada rus millətçiləri mitinq keçiriblər

11:54 / 02.05.2012
Rusiya paytaxtında rus millətçilərinin kütləvi aksiyası keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxtın "Oktyabrskoe pole" metro stansiyasının yaxınlığında başlayan aksiya Moskva şəhər meriyası ilə razılaşdırılıb. "Vətəndaş marşı" adı altında keçirilən aksiyanın təşkilatçıları "Vətəndaş hərakatı" və "Russkie" siyasi hərəkatıdır. Kütləvi aksiyanın təhlükəsizliyini qorumaq üçün 200 nəfər polis əməkdaşı səfərbər edilib. Aksiya iştirakçıları əllərində milliyyətçilərin rəmzi sayılan qara-sarı-ağ rəngli bayraqlarla "Şukinskaya" metro stansiyasına tərəf irəliləyiblər. Onlar milliyyətçi şüarlar səsləndiriblər. Mitinqin keçirildiyi ərazidə avtomobillərin hərəkəti dayandırılıb. Qeyd edək ki, dünən Moskvada 1 may-əmək və bahar bayramı qeyd olunub. Şəhərin mərkəzi meydanları bayraqlarla bəzədilib.




Bu yazı ( 127 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar