Müsahibə

“Həmsədr ölkələr arasında Azərbaycanın hüququnu müdafiə edən ölkə yoxdur”

TÜRKIYƏNIN ATƏT-IN MINSK QRUPUNDAKI ILK TƏMSILÇISI CANDAN AZƏR:“ERMƏNISTANI RUSIYANIN TƏSIRINDƏN XILAS ETMƏK LAZIMDIR”

30.03.12 Azərbaycan müstəqilliyini elan edəndə mən xarici işlər nazirinin baş müşaviri idim. Azərbaycan tanınmaq üçün müraciət gəldi, daha sonra Bakıdakı baş konsulluğumuz tanınma barədə müraciətə Azərbaycanın notasını da əlavə edərək bizə bildirdi. Bu məsələ Ankarada ətraflı müzakirə edildi, bəziləri sovet imperiyasından ayrılan digər dövlətlərin hamısı ilə birlikdə Azərbaycanın tanınmasının gərəkli olduğunu dedilər, bəziləri isə bildirdilər ki, Azərbaycan dərhal tanınmalıdır. Mərhum xarici işlər naziri Safa Giray mənim fikrimi də soruşdu, mən bəyan etdim ki, Azərbaycanın dərhal tanınması yaxşı olar. Safa bəy o vaxt baş nazir olan Məsud Yılmaza fikrini bu şəkildə bildirdi, Məsud bəy də qəbul etdi. Biz 1991-ci il noyabrın 8-də Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olduq, mətbuat

“Alman ictimaiyyəti bizi və digər diaspor təşkilatlarını tam bir Azərbaycan nümayəndəliyi kimi qəbul edir”

SAMİRA PATZER-İSMAİLOVA: “ BU DA ONU GÖSTƏRİR Kİ, DİASPORUMUZ İNKİŞAFDADIR”

29.03.12 Bizim başlıca məqsədimiz Azərbaycanı təbliğ etmək, ölkəmizlə bağlı həqiqətləri, xüsusilə Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı gerçəklikləri alman ictimaiyyətinə çatdırmaqdır. AAKM ildə təxminən 50-yə yaxın tədbir reallaşdırır. Bizim əsas məqsədlərimizdən biri də odur ki, Almaniya üzrə müxtəlif şəhər və əyalətlərdə olan cəmiyyətlərlə əlaqəli tədbirlər keçirməkdə onlara materiallar, əyani vəsaitlərlə kömək etmək, həmçinin məsləhətləşmələr nəticəsində daha böyük aksiyalar təşkil etməkdir. Həmçinin alman dövlət və qeyri-dövlət qurumları ilə birgə tədbirlər keçirməkdir ki, bu həm konfrans, həm mühazirə axşamları, həm

Günay Musayeva:“O qədər də qısqanc deyiləm”

“MƏNCƏ, QISQANCLIQ MÜNASİBƏTLƏRİNİ ŞÜBHƏ ALTINA ALAN İNSANLARIN YAŞADIQLARI HİSSDİR”

19.03.12 Evlənəndə sənədləşmə vaxtımızı çox aldı. Amma sağ olsun, Qənirə Paşayeva. O mənim sənədlərimin tez bir vaxtda İstanbula göndərilməsinə kömək elədi.
Nəslimiz ölkənin qabaqcıl ziyalıları – professor və akademikləri ilə məşhurdur.Məncə, qısqanclıq münasibətlərini şübhə altına alan insanların yaşadıqları hissdir.
Siyasət mənlik deyil. Amma diasporun təşkil etdiyi tədbirlərə sevə-sevə qatılıram.

“Səhnədən başqa hər yerdə özüm oluram”

16.03.12
Pərvin: Fuad müəllim, son günlərdə bir neçə müsahibənizi oxumuşam. Tamaşaçılarınıza özünüz haqda lazımi qədər informasiya vermisiz. Ona görə lap əvvəldən başlamayaq.
Fuad Poladov: Razıyam, Pərvin xanım! Doğrusu, “necə oldu ki, sənətə gəldiz” və “Dram teatrından niyə getdiz” suallarından yorulmuşam.

“Türkiyə və Azərbaycan bir-birindən ayrılmaz iki parçadır”

NECDET ÜNÜVAR: “BİZ BİRLİKDƏ HƏRƏKƏT ETDİYİMİZ ZAMAN HƏQİQƏTƏN ÇOX UĞURLU NƏTİCƏLƏR ƏLDƏ EDƏ BİLƏCƏYİK”

16.03.12  Mən 6 iyun 1960-cı ildə Adana Ceyhanda anadan olmuşam. Mersində məktəbi, Ərzurumda da Universiteti bitirmişəm. İki ixtisasım var – biri daxili xəstəliklər, o biri endokronoloji. 2001-ci ildə Ərzurumda professor adını qazandım, 2002-ci ildə səhiyyə nazirinin müşaviri vəzifəsində işləməyə başladım. Beş il bu vəzifədə çalışdığım müddətdə səhiyyə sahəsində çox önəmli işlər gördük. 2007 və 2011-ci illərdə Adana millət vəkili seçildim və hazırda da bu işi davam etdirirəm. İxtisasıma görə səhiyyə, bundan başqa qadın-uşaq siyasəti ilə çox yaxından maraqlanıram. Məclisdə siqarət, içki, narkotik asılılığı ilə bağlı yaradılan komissiyaların rəhbəri

“ABŞ-Azərbaycan əlaqələri ötən 20 ildə böyük bir məsafə qət edib”

ADAM STERLİNQ: “ MİNSK QRUPU DAĞLIQ QARABAĞ MÜNAQİŞƏNİN SÜLH YOLU VƏ UZUN MÜDDƏTLİ NİZAMLANMASI ÜÇÜN YEGANƏ VASİTƏDIR”

14.03.12 ABŞ Azərbaycan əlaqələri ötən 20 ildə böyük bir məsafə qət edib. Eyni sözləri Azərbaycan haqqında da demək olar. Yəni Azərbaycan özü də böyük bir məsafə qət edib. Bu iki fakt bir- biri ilə ayrılmaz faktlardır. 20 il öncə Azərbaycan öz müstəqilliyini bərpa etdi. Bu hadisə çox mürəkkəb bir şəraitdə baş vermişdi. Ötən əsrlərdə Azərbaycan xarici qüvvələrin təsiri altında olub, eyni zamanda da həmin dövrdə silahlı münaqişəyə cəlb olunub. Bu zaman ABŞ və Azərbaycan eyni ortaq məxrəcləri

“Anar Azərbaycan xalqının həyatında mühüm rol oynayanvə ədəbiyyatımızın inkişafında müstəsna xidmətləri olan bir ziyalıdı...”

14.03.12 Əlbəttə, bu mükafatın məhz Anar müəllimə verilməsinin çox dərin anlamı var. Onun türk dünyası, dili, ədəbiyyatı ilə bağlı gördüyü işlərdən hamımız xəbərdarıq. Elə təkcə Sovet dövründə nəşr etdiyi “Qobustan” jurnalında çap olunan türk dili, dünyası ilə bağlı ədəbi-publisistik yazıları, milli-mədəni xəzinələr olan eposlarımız, “Kitabi – Dədə Qorqud” dastanı haqqında araşdırma esseləri, bundan başqa vaxtilə Türkiyədə Azərbaycan poeziyası haqqında “Min ilin yüz şairi”

Fəzail Ağamalı: “ATƏT-in Minsk qrupu formatından imtina olunmalıdır”

13.03.12  Mən ATƏT-in Minsk qurpundan işğal olunmuş torpaqlarımızın azad edilməsi ilə bağlı hər hansı bir konstruktiv, ciddi nəticə verə biləcək təklif və addım gözləmirəm. ATƏT-in Minsk qrupunun fəaliyyətinin mahiyyətində status-kvonun saxlanılması dayanır və bu da nəticə etibarilə Ermənistanın maraqlarına xidmət edir. Ona görə mən dəfələrlə bu fikrimi söyləmişəm,indi bir daha təkrar edirəm ki, ATƏT-in Minsk qrupu bu 20 illik fəaliyyəti haqqında, ATƏT-in Minsk qrupunun həmsədrləri öz fəaliyyətləri barədə ATƏT-in Minsk qrupu qarşısında hesabat verməlidirlər və bu hesabatda düşünürəm ki, çox şeylər bəlli olacaq.

Bəxtiyar Sadıqov: “Artıq Rusiya da əvvəlki Rusiya deyil”

10.03.12  Əvvəla, Rusiya böyük, bizə qonşu dövlətdir və Putin artıq yenidən hakimiyyətə qayıdır. Bir məqamı xatırlatmaq istəyirəm ki, Putin Boris Yeltsindən sonra Rusiyada hakimiyyətə gəldi, prezident seçildi və yadınızdadırsa, Yeltsinin dövründə də Rusiya-Azərbaycan münasibətləri çox gərgin oldu. Hətta bir müddət Rusiya tərəfindən Azərbaycan blokada da saxlanıldı. Amma Putinin hakimiyyətə gəlişindən sonra bu iki ölkə arasında münasibətlər xeyli istiləşdi, dəyişdi və bu şəxs prezident seçiləndən sonra həmişə ilk növbədə səfər etdiyi ölkələrdən biri Azərbaycan oldu. 

1 2 3 4 5 6
Geri   Yuxarı
Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar