12px14px16px18px

Gənclər və İdman Nazirliyinin Kollegiyasında dəyişiklik edilib

00:36 / 24.05.2012
Nazirlər Kabineti Gənclər və İdman Nazirliyinin Kollegiyasının tərkibinə dəyişikliklər edib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın sözlərinə görə, Nazirlər Kabinetinin qərarına əsasən, İndira Hacıyeva Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri təyin olunub. Qərarda, həmçinin Fərhad Hacıyev Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun icraçı direktoru vəzifəsinə təsdiq edilib: “Bundan öncə Fərhad Hacıyev Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri, İndira Hacıyeva isə Yaradıcı gənclərlə iş və asudə vaxtın təşkili sektorunun müdiri vəzifələrində çalışıblar”.
S.Məmmədova bildirib ki, Gənclər və İdman Nazirliyi məcburi köçkün, sağlamlıq imkanları məhdud olan, eləcə də internat məktəblərində təhsil alan yeniyetmə və gənclər üçün kompüter kursları təşkil edib. Kursların təşkil olunmasında məqsəd bu kateqoriyalardan olan gənclərə kompüter biliklərinin öyrədilməsi və bunun vasitəsilə gələcəkdə onlara iş tapmalarında köməklik edilməsidir. Kurslar Laçın rayon Çıraqlı kənd tam orta məktəbinin Masazır qəsəbəsində yerləşən məktəbində, Türkan qəsəbəsində yerləşən 6 nömrəli xüsusi internat məktəbində, Sumqayıt şəhər G.Əsədov adına internat məktəbində və digər yerlərdə sağlamlıq imkanları məhdud gənclər üçün keçirilir. Təlimlər iyunun 1-dək davam edəcək.
S.QARAYEVA




Bu yazı ( 60 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar