12px14px16px18px

Azərbaycanda 50 fəal gəncin iştirakı ilə Gənclər Parlamenti təşkil olunur

01:05 / 18.05.2012
Azərbaycanda tərkibi 50 fəal gəncdən ibarət olan Gənclər Parlamenti yaradılır. Gənclər Parlamenti Avropada siyasi debatlar, mədəniyyətlərarası görüşlər, siyasi təhsil işləri və ideyalar mübadiləsinə xidmət edən geniş platforma olacaq. Layihənin icrası bir neçə mərhələlərdən ibarətdir. Yeni tərkibdə formalaşacaq Gənclər Parlamentinin 50 fəal gəncdən ibarət olması nəzərdə tutulub. Gənclər Parlamentinin tərkibi seçkili qaydalar əsasında müəyyən olunacaq. Parlamentə üzvlərin seçilməsi ərizə forması və müsahibədən ibarət olmaqla 2 mərhələdə keçiriləcək. Birinci mərhələdə seçilən namizədlər müsahibəyə dəvət olunacaqlar. Azərbaycan Gənclər Parlamentinin üzvlərini seçəcək təşəbbüs qrupuna Milli Məclisin sədr müavini Valeh Ələsgərov, millət vəkilləri Çingiz Qənizadə, Musa Qasımlı, Rasim Musabəyov, Mübariz Qurbanlı, Ceyhun Osmanlı, Qənirə Paşayeva, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, APA informasiya agentliyinin baş direktoru Vüsalə Mahirqızı daxildir. Gənclər Parlamenti 11 nəfərlik təşəbbüs qrupu tərəfindən irəli sürülən uzunmüddətli bir layihədir. Layihənin əsas məqsədi gəncləri narahat edən problemlərin müzakirəsini dövlət və ictimaiyyət qarşısında qaldırmaq, gənc vətəndaşların dövlətdə gedən proseslərdə iştirakını təmin etmək, fəal Avropa vətəndaşlığını təşviq etmək, tələbələri Avropa siyasəti ilə məşğul olmaq üçün həvəsləndirmək, mədəniyyətlərarası dialoq, beynəlxalq anlaşma, fikir və təcrübələrinin müxtəlifliyini təbliğ etmək, həmçinin Azərbaycan gənclərinin şəxsi bacarıqlarının inkişafına onların fikirlərini sərbəst ifadə edə bilmələri üçün forumun təşkil edilməsinə yardım etməkdir. Qeyd edək ki, yaşı 18-29 yaş arası olan ictimai fəal, gənclər təşkilatlarının liderləri və fəalları, siyasi partiyaların gənclər birliklərinin nümayəndələri, istedadlı və ictimai aktiv tələbələr, beynəlxalq təşkilatlarda, KİV-də, özəl və dövlət strukturlarında, o cümlədən elm sahəsində çalışan gənclər gənc parlamentari ola bilər. Gənc parlamentari olmaq istəyən gənclər www.agp.az ünvanına daxil olaraq elektron ərizə formasını doldura bilərlər. S.QARAYEVA


Bu yazı ( 76 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar