12px14px16px18px

Azərbaycanlılar Moskvada tələbələr arasındakı yarışda 5 qızıl medal qazanıb

01:05 / 18.05.2012  
Rusiya Fedarasiyasının Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda tələbələr arasında 17-28 apreldə növbəti IV Olimpiya oyunları keçirilib. Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq Əlaqələr fakültəsinin IV kurs tələbəsi, Azərbaycan klubunun Olimpiya komitəsinin prezidenti Elvin Əhmədov bildirib ki, təhsil aldığı ali məktəbin Azərbaycan klubunun komandası bu olimpiyada da qələbə əzmi ilə çıxış edib. Ötən il olduğu kimi bu il də komanda olimpiyadanı uğurla başa çatdırıb. Bu il 5 qızıl, 3 gümüş, 3 bürünc medalla komandamız bütün rəqiblərini geridə qoyaraq birinciliyə yüksəlib. Keçən il komanda 14 medal hesabı ilə öndə idisə, ilk dəfə olaraq bu il qızıl medalların sayına görə turnir cədvəlinə başçılıq edib. İnstitutun komandası oğlanlar və qızlar arasında tennis turnirində və qaçış üzrə estafetdə hər 2 qızıl medala sahib olmuşlar. Qızlar arasında yüz metrlik məsafə qaçışında da komanda qızıl medala sahib olub. E.Əhmədov deyib ki, aprelin 28-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun IV Tələbə Oyunlarının yekun yarışları – mini-futbol üzrə Birlik Kubokunun finalı keçirilib. 2008-ci ildə Həmyerlilər Şurasının yaradılması zamanı əsası qoyulmuş həmin yarışmalar Universitet Olimpiya oyunlarının keçirilmə ənənəsini davam etdirir. Cari il aprelin 17-dən 28-dək davam edən Oyunlarda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alan dünyanın 30-dan artıq ölkəsini təmsil edən 300-dən çox tələbə iştirak etmişdir. Bu rekord göstərici olmaqla qeyd edilməlidir ki, bu il 8-ci dəfə keçirilən mini-futbol üzrə Birlik Kubokunda 22 komandada birləşmiş 200-dən artıq tələbə iştirak edib. Oyunlarda ümumi hesabda birinci yeri 5-i qızıl olmaqla 11 medal qazanmış Azərbaycan komandası tutmuşdur. İkinci yerdə 5-i qızıl olmaqla cəmi 8 medal qazınmış Rusiya, 3-cü yerdə 4-ü qızıl olmaqla cəmi 14 medal qazanmış Ermənistan, 4-cü yerdə 2-si qızıl olmqala cəmi 4 medal qazanmış Qırğızıstan, 5-ci yerdə 1-i qızıl olmaqla cəmi 8 medal qazanmış Moldova komandaları təmsil olunub. Ümumilikdə oyunlarda Azərbaycan, Türkiyə, Rusiya, Fransa, Çin, Cənubi Koreya, Çexiya, Ukrayna, Ermənistan, Əfqanıstan, Qırğızıstan, Moldova, İsrail, Qazaxıstan, Türkmənistan, Monqolustan, Tacikistan, Serbiya, Albaniya, Belarus, Bolqarıstan, Vyetnam, Gürcüstan və Özbəkistan, cəmi 24 dövlətin yığma komandaları iştirak ediblər.


Bu yazı ( 77 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar