12px14px16px18px

“Azərbaycan Mərkəzi Avrasiyanın regional mərkəzi kimi” kitabının təqdimatı olub

01:31 / 17.05.2012
Dünən Azərbaycan Diplomatik Akademiyasının (ADA) Kitab Mərkəzində “Azərbaycan Mərkəzi Avrasiyanın regional mərkəzi kimi” adlı kitabın təqdimat mərasimi keçirilib. ADA-nın nəşr etdirdiyi kitabın müəllifi akademiyanın tədqiqatçısı Taleh Ziyadovdur. Kitabda Avrasiyanın ticarət, nəqliyyat, logistika və təchizat şəbəkələri strateji cəhətdən araşdırılmaqla Azərbaycan üçün əsas strategiya müəyyənləşdirir. Təqdimat mərasimində çıxış edən ADA-nın rektoru Hafiz Paşayev ümidvar olduğunu bildirib ki, kitabdakı araşdırmalar “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanmasına və ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı məsələlərin öyrənilməsinə töhfəsini verəcək. T.Ziyadov isə bildirib ki, Azərbaycanın qeyri-neft sektorunda həyata keçirilən bütün nəqliyyat və inkişaf layihələri vahid strategiyada birləşdirilməsi vacibdir. O vurğulayıb ki, bu strategiya regionun gələcək inkişafı üçün ümumi fikrin yaranmasına və Azərbaycanın qədim İpək yolu boyunca ticarət mərkəzi kimi tarixi mövqeyini bərpa etməsinə təkan verəcək.
ADA-nın Kitab Mərkəzində satışda olan yeni nəşr ilə http://adabook.az/en/books/7216 internet saytında da tanış olmaq mümkündür.
S.QARAYEVA






Bu yazı ( 56 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar