12px14px16px18px

“İrəli”nin “Yeni Media Akademiyası” layihəsi başlayıb

01:30 / 17.05.2012


Dünən “İrəli” Gənclik Mərkəzində “Yeni Media Akademiyası” layihəsinə start verilib. “İrəli” İctimai Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, Akademiyanın ilk dərs günündə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, hüquq elmləri namizədi Vüsal Quliyev gənclərə “Media Hüququ” fənnindən dərs keçib və mətbuat azadlığından danışıb.
Daha sonra Mərmərə Universitetinin jurnalistika fakültəsi doktorantura məzunu, fəlsəfə elmləri doktoru Vəfalı Əsgərov gənclərə xəbərçilik nəzəriyyəsi haqqında danışıb. Gənclərə xəbərin necə yaranması, hansı qaynaqlara istinad olunması barədə ətraflı məlumat verib. Həmçinin akademiyanın ilk dərs günündə gənclərin iştirakıyla debat baş tutub.
Qeyd edək ki, layihəyə 120 nəfər ərizə ilə müraciət edib. Seçim iki hissə olmaqla yazı və müsahibə yolu ilə aparılıb və sonda 30 nəfər akademiyada iştirak hüququ qazanıb.
Birliyin məlumatında bildirilib ki, layihənin əsas məqsədi medianın perspektivli sahələrində yüksək dünyagörüşlü, savadlı gəncləri üzə çıxarmaq, onların bu istiqamətdə fəaliyyətini düzgün yönləndirib, operativ və effektiv şəkildə məlumatları çatdırma qabiliyyətli, professional gənc jurnalistlər yetişdirib, bu sahədə təcrübə qazanma şansı verərək milli mətbuat məkanında fəaliyyət göstərmələrini təmin etməkdir.
S.QARAYEVA




Bu yazı ( 55 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar