12px14px16px18px

“Kimyanın aktual problemləri” mövzusunda elmi konfrans təşkil edilib

01:30 / 17.05.2012
Dünən Bakı Dövlət Universitetində (BDU) doktorant, magistr və gənc tədqiqatçıların ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş “Kimyanın aktual problemləri” mövzusunda ikigünlük VI respublika elmi konfransı işə başlayıb.
BDU-nun kimya fakültəsi və Prezident yanında Elmin İnkişafı Fondunun təşkilatçılığı ilə keçirilən tədbirdə universitetin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb.
Müasir dünyada elmin, təhsilin mühüm rolundan danışan rektor prezident İlham Əliyevin bu sahələrin inkişafı ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətini diqqətə çatdırıb. İlham Əliyevin “Qara qızılı insan kapitalına çevirmək” fikrini xatırladan A.Məhərrəmov, eyni zamanda, BDU-da aparılan elmi tədqiqatlardan, qazanılan nailiyyətlərdən bəhs edib.
Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev müdrik şəxsiyyət Heydər Əliyevin elmə, təhsilə xüsusi diqqət və qayğısından danışıb, ümummilli liderin siyasətinin prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini bildirib. Fondun fəaliyyəti barədə məlumat verən E.Babayev qurum tərəfindən elmin inkişafı ilə bağlı müxtəlif tədbirlərin keçirildiyini, o cümlədən qrant layihələrin elan edildiyini xatırladıb.
Sonra çıxış edən alimlər elmin, o cümlədən kimya elminin inkişafı ilə bağlı fikirlərini söyləyiblər, “Tərkibində metal hissəcikləri olan polimer kompozitlərin termiki analizi”, “Kimyanın tədrisində fənlərarası əlaqələrin tədqiqi”, “Nitril kauçukunun oksidləşmə xlorfosforlaşma reaksiyasının tədqiqi” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.
S.QARAYEVA



Bu yazı ( 58 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar