12px14px16px18px

Gənclər üçün silsilə təlim və debatlar keçiriləcək

11:54 / 16.05.2012
“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi Gənclər və İdman Nazirliyi ilə birgə “Respublika Gənclər Debat Forumu – Yaz 2012” layihəsinə start verib. Birliyin mətbuat xidmətindən verilən məlumata görə, layihə çərçivəsində gənclər üçün silsilə təlim və debat yarışlarının keçirilməsi planlaşdırılır. Layihədə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, İsmayıllı, Qobustan, Qusar, Şəki, Ağdaş, Göyçay, Ucar, Kürdəmir, Ağsu, Şamaxı, Masallı, Astara, Yardımlı, Lerik, Cəlilabad, Salyan, Neftçala şəhərlərinin təhsil müəssisələrini təmsil edən 2000-ə yaxın gəncin iştirakı gözlənilir. Forum “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən, “Regionların sosial-iqtisadi inkişafında gənclərin iştirakı özünü doğruldur” mövzusunda həyata keçirilir. Məlumatda bildirilib ki, may ayının ikinci həftəsində İsmayıllı və Gəncə şəhərində debat təlimləri keçirilib. İsmayıllı şəhərində, İsmayıllı Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə İsmayıllı Debat Mərkəzi tərəfindən Şirvan regionu üzrə Debat təlimi keçirildi. Təlimdə İsmayıllı, Ağdaş, Şamaxı, Göyçay, Ucar, Kürdəmir, Ağsu, Zərdab, Qobustan rayonlarından 25 fəal gənc iştirak edib. Gəncə şəhərində “Gəncə Gənclər və İdman Baş İdarəsi”nin dəstəyi, “ Smart SN“ təşkilatının təşəbbüsü ilə “Gəncə Debat Mərkəzi” tərəfindən həmin şəhərin 10 orta təhsil müəssisəsini təmsil edən 120 gəncin iştirakı ilə debat təlimi baş tutub.
S.QARAYEVA



Bu yazı ( 46 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar