12px14px16px18px

Təhsil sistemində elektron xidmətlərin tətbiqi davam etdirilir

11:53 / 16.05.2012
Təhsil Nazirliyində dövlət siyasətinə uyğun olaraq elektron xidmətlərin tətbiqini davam etdirir. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanına uyğun olaraq Təhsil Nazirliyində elektron hökumət xidmətləri interaktiv və informasiya istiqamətləri üzrə formalaşmaqdadır. Elektron xidmətlər bölməsi Təhsil Nazirliyinin www.edu.gov.az rəsmi internet səhifəsində fəaliyyət göstərir. İnteraktiv xidmətlərə “Ümumi təhsil müəssisələrinə qəbulla bağlı e-ərizə”, “Tam və ümumi orta təhsil pilləsi üzrə sınaq və yekun buraxılış imtahanların nəticələri haqda məlumatların əldə edilməsi”, “Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üçün ərizələrin qəbulu, imtahanların keçirilməsi və imtahan nəticələri haqda məlumatların əldə edilməsi”, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”- üzrə elektron ərizələrin qəbulu”, Şagirdlərin təhsildə qazandıqları cari nailiyyətləri əks etdirən məlumatların əldə edilməsi (Valideyin Nəzarət Sistemi) kimi bloklar daxildir. Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu ilə bağlı bölmədə vakant yerlərə müəllimlərin işə qəbulu üzrə Reqlament, müəllimlərin işə qəbulu üzrə elektron ərizə, şəxsi kabinet, namizədlər tərəfindən vakant yerlərin seçilməsi və elektron ərizənin doldurulmasına dair təlimat, test suallarının cavablandırılmasına dair təlimat və sair funksionallar və məlumatlar yerləşdirilib. S.QARAYEVA



Bu yazı ( 48 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar