12px14px16px18px

Ali təhsil müəssisələrinin məzunları ilə bağlı elektron baza yaradılıb

01:15 / 11.05.2012
Təhsil Nazirliyi ali təhsil müəssisələrinin məzunları ilə bağlı elektron bazanın yaradılması üzrə işləri başa çatdırıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirlik son bir il ərzində ali məktəbləri bitirən bütün məzunlarla bağlı informasiya bazasının elektron formata keçirilməsi üzrə işləri başa çatdırıb. İşlər əsasən özəl ali məktəblər üzrə aparılıb. Dövlət qurumları informasiya bazasına çıxış əldə edəcəklər ki, bu da ali məktəblərin diplom almış məzunlarının işə qəbulu zamanı yoxlama prosedurunu sadələşdirəcək. Ali məktəbin məzununun identifikasiyası diplomun nömrəsi üzrə həyata keçiriləcək. İnformasiya nazirliyin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə ötürülüb və məktəblər haqqında bütün informasiyanı yaxın vaxtlarda portal.edu.az təhsil portalında əldə etmək mümkün olacaq. Qeyd edək ki, elektron bazanın yaradılması Təhsil Nazirliyinin Təhsilin idarə olunmasının məlumat sistemləri (TİMS) şöbəsi tərəfindən həyata keçirilib. TİMS məktəblərə bütün məlumat bazalarını avtomatlaşdırmağa imkan verir. Məlumatda bildirilib ki, elektron məlumat bazasının formalaşdırılması informasiya axınının birbaşa məktəbdən Təhsil Nazirliyinə daxil olmasına şərait yaradacaq. S.QARAYEVA


Bu yazı ( 94 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar