12px14px16px18px

“Azərbaycanda Bolonya prosesinin tətbiqinə ictimai dəstək” həyata keçirilir

11:49 / 05.05.2012
Azərbaycan Tələbələr Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycanda Bolonya prosesinin tətbiqinə ictimai dəstək” adlı layihə həyata keçirir.
Birliyin mətbuat xidmətindən verilən məlumata görə, əsas məqsəd Azərbaycan tələbələri arasında Bolonya prosesi ilə bağlı maarifləndirmə işi aparmaq və bununla prosesin tətbiqi və rəhbərliyinə ictimai nəzarəti formalaşdırmaqdır. İlkin fəaliyyətlərə misal olaraq tələbələrlə müxtəlif görüşlərin təşkili, tələbələr arasında sosioloji sorğuların təşkilinə hazırlıq, xarici ölkələrin tələbə birlikləri ilə onlayn konfransların təşkilini və s. göstərmək olar.
Azərbaycan Tələbələr Birliyinin tam hüquqlu üzv olduğu Avropa Tələbələr Birliyinə üzv olan digər ölkələrin milli tələbə birlikləri ilə də layihə çərçivəsində geniş əməkdaşlıq qurub. Qeyd edək ki, bu təşkilatlardan öz ölkələrində Bolonya prosesinin tətbiqi ilə bağlı müsbət təcrübələr öyrənilməkdədir. Bundan başqa tələbələr arasında ediləcək sosioloji sorğunun düzgün təşkili üçün həmin tələbə birlikləri ilə danışıqlar aparılır. Digər ölkələrin milli tələbə birlikləri müxtəlif istiqamətlərdə Bolonya prosesinin tətbiqi ilə bağlı problemlərin öz ölkələrində də mövcud olduğunu, yalnız bu problemlərin sistemli şəkildə həllinin mümkünlüyü vurğulanıb.
Xatırladaq ki, bu ilin əvvəlindən Azərbaycan və Danimarka Avropada Bolonya prosesinin rəhbərliyini öz üzərinə götürüb. Məhz həyata keçirilən bu layihə də əsas olaraq bu fəaliyyətə dəstək vermək məqsədi daşıyır.
S.QARAYEVA



Bu yazı ( 173 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar