12px14px16px18px

Britaniyalı mütəxəssis Azərbaycan Turizm İnstitutunun qonağı olub

11:46 / 05.05.2012
Böyük Britaniyanın Kembric Universitetinin digər dillərdə danışanlar üçün ingilis dili proqramının (English for speakers of other languages – ESOL) nümayəndəsi Kris Scott-Baret Azərbaycan Turizm İnstitutunda olub. Azərbaycan Turizm İnstitutunun (ATİ) mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Turizm İnstitutu “İngilis dili” kafedrasının dəvəti ilə ali təhsil ocağının qonağı olan Kris Scott-Baret ilə görüşdə ATİ-nin tədris işləri üzrə prorektoru Eldar Aslanov, Beynəlxalq əlaqələr şöbəsi və “İngilis dili” kafedrasının əməkdaşları iştirak ediblər.
Görüş zamanı qarşılıqlı əlaqələrin qurulması, bütün dünyada qəbul edilən Kembric ESOL-un Delta, CELTA və TKT kursları, Azərbaycan Təhsil Nazirliyinin 7 pilot məktəbində müştərək həyata keçirilən kursları haqqında müzakirələr aparılıb. “İngilis dili” kafedrasının müdiri Əzizə Məmmədova belə layihələrin ali təhsil pilləsi müəllimləri üçün faydalı olduğunu vurğulayıb.
Görüşün sonunda Kembric ESOL-un iştirakı ilə ATİ-nin ingilis dili müəllimləri üçün təlimlər keçirilməsi, “İngilis dili” kafedrası, eləcə də Azərbaycan Turizm İnstitutunun əməkdaşları üçün İngiltərədə yay məktəbi təşkil olunması və iki universitet arasında əməkdaşlığın dərinləşdirilməsi üçün səylərin artırılması qərara alınıb.
S.QARAYEVA




Bu yazı ( 166 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar