12px14px16px18px

Avstriyalı jurnalistlər Azərbaycan Dillər Universitetində olublar

00:53 / 04.05.2012
Dünən Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov Avstriyadan olan bir qrup jurnalistlə görüşüb. Avstriya Mətbuat Agentliyinin nümayəndəsi Viola Bauerin rəhbərlik etdiyi qrupa universitet haqda məlumat verən S.Seyidov Azərbaycanın Bolonya prosesinə qoşulduqdan sonra digər universitetlərdə olduğu kimi, Azərbaycan Dillər Universitetində də əsaslı işlər aparıldığını bildirib. Qonaqlara Azərbaycan Dillər Universitetinin “Erasmus Mundus” proqramlarında iştirak etdiyini bildirən professor S. Seyidov universitetin bir qrup tələbəsinin bu proqramın növbəti mərhələsində iştirak etmək üçün ötən ay Tbilisiyə yola düşdüklərini qeyd edib. O, Azərbaycan Dillər Universitetinin ABŞ, Avropa və Asiya universitetləri ilə əməkdaşlıq etdiyindən və universitetdə 15 yaxın müxtəlif dil və mədəniyyət mərkəzlərinin fəaliyyət göstərdiyindən söz açıb. ADU-nun rektoru aprel ayının sonlarında İsrailin xarici işlər naziri Aviqdor Libermanın universitetdə İsrail mərkəzinin açılışında iştirak etdiyini sözlərinə əlavə edib. Rəhbərlik etdiyi universitetin əlaqələrindən danışan S. Seyidov görüş zamanı Azərbaycanın regionda aparıcı rolundan, “Avroviziya” mahnı müsabiqəsinə ev sahibliyindən və 2020-ci ildə keçiriləcək Olimpiya oyunlarını qəbul etmək iradəsindən bəhs edib. Sonda qonaqlar Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Avstriya mərkəzi ilə tanış olublar.
S.QARAYEVA


Bu yazı ( 112 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar