12px14px16px18px

Şagirdlərin iş dəftərlərindəki bir sıra çalışmalara dərsliklərdə yer veriləcək

00:51 / 04.05.2012
Təhsil Nazirliyi şagirdlərin iş dəftərlərindəki bir sıra məsələləri dərsliklərə daxil edəcək. Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı deyir ki, bu yenilik I və V siniflərdə bütün fənlər üzrə dərsliklərdə həyata keçiriləcək. F.Şahbazlının sözlərinə görə, iş dəftərlərindəki bəzi məsələlərin dərsliklərə daxil edilməsi dərsliklərin məzmunun daha da yaxşılaşmasına xidmət edəcək. Nazirlik rəsmisi bildirib ki, hazırda dərslik və müəllim üçün nəzərdə tutulan metodiki vəsaitlər dövlət büdcəsindən ayrılmış maliyyə vəsaiti hesabına pulsuz verilir. Amma iş dəftərlərini valideynlər alırlar. Bəzən valideynlərin bu iş dəftərlərini almağa imkanı olmur: “Elə ailələr var ki, onların 3-4 uşağı məktəbə gedir. Onlar bu iş dəftərlərini ala bilmirdilər. Almayanda da bu, bizim ümumi siyasətimizə xələl gətirirdi. Ona görə də biz başqa variant təklif etdik ki, iş dəftərlərində nəzərdə tutulan bəzi məsələlər dərsliyə daxil edilsin”. F.Şahbazlı əlavə edib ki, orta təhsil sistemində fənn kurrikulumlarının tətbiqi ilə əlaqədar məktəblərdə dərsliklərlə yanaşı, iş dəftərlərindən də istifadə edilir. Hazırda I-IV siniflərdə fənn kurrikulumları tətbiq edilir. Yeni tədris ilində artıq V siniflər üzrə də kurrikulum tətbiq olunacaq. S.QARAYEVA


Bu yazı ( 116 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar